Bu film az vaxtda prokatdan 2 milyard toplayıb

“Qisasçılar: Sonsuzadək müharibə” filmi prokatdan böyük məbləğ qazanıb.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, film 46 gün ərzində dünya prokatından iki milyard dollar toplayıb.

 

Marvelin komiksləri əsasında çəkilən “Qisasçılar” filmi bu göstərici ilə dördüncü yerdədir.

 

Əgər film prokatda 2, 069 milyard dollar toplamış “Ulduz müharibələri: Oyanış gücü” filmini ötsə, kinematoqrafiya tarixində ən çox satılan film siyahısında üçüncü olacaq.

 

Xatırladaq ki, ilk iki yerləri 2, 78 milyard dollar toplamış “Avatar” və 2,18 milyard toplamış “Titanik” filmləri tutur.

 

 

LENT

17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018