Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

Tanınmış kinorejissor, ssenarist, Xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən  bildirilib ki, İttifaqın katibi, Xalq artisti, professor Oqtay Mirqasımov Azərbaycan kinosuna verdiyi töhfələrə və 75 illik yubileyi münasibətilə qurumun idarə heyətinin qərarına əsasən 2018-ci ilin “Milli Kino” mükafatına (mükafatı 2000 manat) layiq görülüb.

 

Mükafat yaxın günlərdə Xalq Artistinə təntənəli şəkildə təqdim ediləcək. /azertag.az/

 

LENT

22 İyun 2018
21 İyun 2018
20 İyun 2018
19 İyun 2018