Gənc Tamaşaçılar Teatrında bu ay nələr olacaq?

Gənc Tamaşaçılar Teatrında bu ay nələr olacaq?
1 iyun 2018
# 17:03

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu həftəsonu bir gündə iki yeni tamaşanın təqdimatı və cari repertuarda olan ən maraqlı tamaşaları ilə tamaşaçılarının görüşünə hazırlaşır.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, iyun ayının 1-də P.Cullifordun “Şirinlər” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa saat 12 00 və 14 00 olmaqla ilk dəfə nümayiş olunacaq.

Axşam saat 1900 da isə böyük dramaturqumuz, unudulmaz H.Cavidin “Ana” mənzum dramının premyerasını təqdim edəcəkdir.

İyun ayının 2-də saat 12 00 və 1400-da kiçik yaşlı daimi tamaşaçılarımız A.Şaiqin “Tıq-Tıq xanım” tamaşasını, saat 1600 və 1900-isə böyük mütəfəkkir M.F.Axundzadənin “Hekayəti Xırs quldurbasan” tamaşalarını təqdim edəcəkdir.

Tamaşalarda teatrın istedadlı aktyorları - Əməkdar Artistlər Şəfəq Əliyeva, Nübar Novruzova, Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev Şövqi Hüseynov, Vahid Əliyev, Rasim Cəfərov, aktyorlardan Manaf Dadaşov, Elnur Kərimov, Elşən Şıxəliyev, Ramil Məmmədov, Elnur Hüseynov, Günel Məmmədova , Zemfira Əbdülsəmodova, Ədalət Əbdülsəməd, Asya Atakişiyeva, Anar Seyfullayev, Xəyalə Meydanova, Nuranə Hüseynova və başqaları iştirak edirlər.

Tamaşalara biletləri şəhərmizin mərkəzləşdirilmiş kassalarından və asan xidmət filliallarından əldə edə bilərsiniz.

# 809 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #