8 yaşlı qızın kitabı çıxdı

8 yaşlı qızın kitabı çıxdı
31 may 2018
# 15:43

Yazıçı Aysel Əlizadənin 8 yaşlı qızı İzel Dadaşzadənin kitabı çıxıb.

Aysel Əlizadə qızının yazdıqları ilə bağlı fikirlərini bölüşüb:

“Nağıllar xoş qarşılanırdı. Özüm də görürdüm ki, fantaziyası, bütün uşaqlarda olduğu kimi çoxqatlı dünyası var. “3 alma” adlı ilk nağılını oxuyan kimi nağılları çoxalsa kitabını çap etdirəcəyimə qərar verdim. Uşaq ədəbiyyatımızda boşluq var. Bir faydamız yoxdu balalarımıza. Onsuz da gənc nəsil özü özünə kömək edib həmişə. Dönəmin ritmi başqadı. İndi uşaqlar özləri özləri üçün ədəbiyyat yaradacaq”.

Qeyd edək ki, İzel Dadaşzadə Binəqədi rayonu 276 nömrəli orta məktəbin ikinci sinif şagirdidir. Balaca yazıçının nağıllar kitabı “İzelin nağılları” adlanır. Kitabda İzelin bir neçə nağılı, özü ilə bağlı maraqlı əhvalatları yer alıb. Aysel xanım bu kitabı Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə azərbaycanlı uşaqlar üçün nəşr etdirdiklərini deyib.

# 1183 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #