Varis beynəlxalq festivalda qızıl medal alıb - FOTOLAR

Varis beynəlxalq festivalda qızıl medal alıb - <span style="color:red;">FOTOLAR
29 may 2018
# 14:18

Xəbər verdiyimiz kimi, mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin “LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib.

30-dan artıq ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda bu il ilk dəfə Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak ediblər.

Festivalın baş mükafatı münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycan yazıçısı Varis Yolçuyevə təqdim olunub. Çexiyadan, Avstriyadan, Rusiyadan, Monqolustandan, Almaniyadan və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallarla təltif olundular. Bütün digər festival iştirakçıları isə fəxri diplomlara və festival iştirakçısı sertifikatlarına layiq görülüblər.

Festivalın qalibi olmuş həmyerliyimizə qızıl medal, “Qizil LiFFt” seriyasından yüksək tirajla “Metamorfoza” romanının çapının müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltif mərasimində, “Rossiya” telekanalına müsahibə verən yazıçı bu qələbəsini Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.

# 845 dəfə oxunub

Oxşar xəbərlər

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

"Qəribə uşaqların evi" - Orxan Adıgözəl

10:00 20 aprel 2024
# # #