Xalq şairi anılıb

Xalq şairi anılıb
29 may 2018
# 09:39

“Dünyaya yayılsın birlik harayım” deyən Xalq şairi Söhrab Tahirin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Azərtac xəbər verir ki, tədbir iştirakçıları ikinci Fəxri xiyabana gələrək şairin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Şair, tədqiqatçı Qardaşxan Əzizxanlı anım mərasimində bildirib ki, Söhrab Tahir yaradıcılığının leytmotivini bütöv Azərbaycan ideyasının tərənnümü təşkil edib. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin sədri olaraq geniş fəaliyyət göstərən şair bütün həyatını bu ideal uğrunda mübarizəyə həsr edib. O, həm də ədəbiyyatşünas alim və ictimai xadim idi. Xalqımız Söhrab Tahirin xatirəsini təkcə görkəmli şair deyil, həm də maraqlı romanlar, hekayələr müəllifi kimi yad edir.

Azərbaycan Yazıçılar Birliyinin Cənub ədəbiyyatı şöbəsinin müdiri Sayman Aruz, Xəzər Universitetinin tələbələri - gənc filoloqlar Pinar Məmmədzadə, Aytac Həsənova, Səkinə Ələkbərli, Nəzrin İsmayılova şairin xatirəsinə ehtiramlarını bildiriblər. Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdi Canəli Canəliyev, Nizami rayonu 12 nömrəli məktəbin şagirdi İbrahim Əhmədov şairin “Azərbaycanım” və “Vətən” adlı şeirlərini səsləndiriblər.

Şairin qızı Nəsibə Tahiri atasının ömrünün son aylarınadək gənclik enerjisi ilə yaşayıb-yaratmasından söz açaraq, şairin xatirəsini yad etdikləri üçün mərasim iştirakçılarına təşəkkürünü bildirib.

# 896 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

12:30 25 aprel 2024
Təhqir edilən aktyordan sərt reaksiya - Foto

Təhqir edilən aktyordan sərt reaksiya - Foto

12:00 25 aprel 2024
"Ofis"in aktyor heyəti açıqlandı

"Ofis"in aktyor heyəti açıqlandı

12:00 25 aprel 2024
Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

Cəlil Cavanşiri oxuyub pul qazanacaqsınız - "Mütaliə Marafonu"

11:30 25 aprel 2024
"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
# # #