Azərbaycanda Şairlər Günü qeyd olunacaq

Azərbaycanda Şairlər Günü qeyd olunacaq
18 may 2018
# 17:55

Azərbaycanda VIII Şairlər Günü qeyd olunacaq

APA-nın məlumatına görə, tədbir Gənc Şairlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı, İLESAM (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi), TURKPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası, TİKA, Azərkitab – Kitab Təbliğatı Mərkəzi, Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə may-iyun aylarında keçiriləcək.

Şairlər Günü çərçivəsində mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsini anılacaq, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam edəcək.

Mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun, iyunun 6-da Bakıda – Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin, iyunun 7-də Beyləqanda Mücirəddin Beyləqani və Abdulhamid Süleyman Çolpanın, iyunun 8-də Şabranda Xaqani Şirvaninin xatirəsinə həsr olunacaq.

Layihənin rəhbəri, şair Xəyal Rza bildirib ki, Şairlər Günü poeziyaya və milli şeirimizin sevilən nümayəndələrinə olan hörmətin təzahürüdür. Tədbirdə Türkiyədən dəvət olunmuş tanınmış şairlər, ədəbiyyat və sənət adamları iştirak edəcəklər. Bölgələrdə təşkil ediləcək tədbirlərdə Azərbaycan şairləri ilə yanaşı türk dünyasından – Türkiyə, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan şairlərin də xatirələri anılacaq.

Azərbaycan oxucuları üçün Türkiyədən gətiriləcək 15 min kitab da tədbirlər çərçivəsində bölgə kitabxanalarına hədiyyə ediləcək.

Qeyd edək ki, APA tədbirin informasiya dəstəkçisidir.

# 937 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #