Aktyorumuz Makedoniyadan Qran Pri ilə qayıtdı

Aktyorumuz Makedoniyadan Qran Pri ilə qayıtdı
18 may 2018
# 16:14

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Şövqi Hüseynov 2018-ci il mayın 10-dan 16-dək Makedoniyanın Bitola şəhərində keçirilən “XX Beynəlxalq Monodram” festivalında uğurla iştirak edərək vətənə Qran Pri mükafatı ilə dönüb.

Teatrdan Kulis.aza verilən məlumata görə, festivalda Patrik Zuskindin "Kontrabas" əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə iştirak edən aktyor münsiflər heyəti tərəfindən yekdil olaraq festivalın yeganə mükafatına layiq görülüb.

Aktyor səfər təəssüratlarını bölüşərkən bildirib ki, festivalda güclü, modern tamaşalar var idi. Onlarla rəqabət aparıb yeganə mükafatı Azərbaycan adına qazanmaq əlbəttə ki, həm gözlənilməz uğur, həm də böyük sevinc hissləri yaşatdı. “Hesab edirəm ki, bu mükafat xarici ölkədə təkcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının deyil, ümumilikdə Azərbaycan teatrının uğurudur” –deyə teatrın direktoru , Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirmişdir.

Festivalda Makedoniya, Bosniya, ABŞ, Polşa, Rusiya, Xorvatiya , Bolqarıstan teatrları təmsil olunub.

Azərbaycanlı aktyorun uğuru Makedoniyada yerli telekanallar tərəfindən işıqlandırılıb, çoxsaylı süjetlər, radio müsahibələr hazırlanıb.

# 1187 dəfə oxunub

Oxşar xəbərlər

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
# # #