Vladiqafqaz teatrının tamaşası Bakıda

Vladiqafqaz teatrının tamaşası Bakıda
18 may 2018
# 10:31

Vladiqafqaz teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində çıxış edəcək.

Kulis.az-ın verdiyi xəbərə görə, V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində may ayının 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Gənc Tamaşaçılar teatrı dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə "qarşılıqlı qastrol səfərlərinə dair" yaradıcılıq müqavilələri imzalayıb.

Müqaviləyə əsasən ölkəmizdə səfərdə olan V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakı tamaşaçılarına V.Korostılevin "Vova möcüzələr ölkəsində" tamaşasını təqdim edəcək.

Paytaxt tamaşaçıları 4 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazanacaqlar. Qeyd edək ki, "Vova möcüzələr ölkəsində" birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur. Tamaşalar 18, 19, 20, 21 may tarixlərində dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.

# 1002 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #