“Jara-2018” festivalına 80-dən çox ifaçı gələcək

“Jara-2018” festivalına 80-dən çox ifaçı gələcək
16 may 2018
# 10:03

2018-ci il iyulun 26-dan 29-dək Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalında 81 ifaçının iştirakı təsdiqlənib. Bu məlumat http://zhara.az/ saytında yerləşdirilib.

Azərtac festivalın “facebook” səhifəsinə istinadla xəbər verir ki, iyulun 26-da təqdim ediləcək qala-konsertdə EMİN, Qriqori Leps, Filip Kirkorov, Sergey Lazarev, Timati, Ani Lorak, LOBODA, Aleksey Çumakov, A`Studio, Slava, Qlyuk’oza, Aleksandr Panayotov, Anna Sedokova, Monatik, NK, Qradusı, Maks Barskix, Yeqor Krid, Yuliya Kovalçuk, Feduk, MOT, L`ONE, Burito, Brandon Stone, Pitsa, Alekseyev, Vremya i Steklo, DoReDos, Therr Maitz, Mişa Marvin, Nyusha, Artik & Asti və başqaları çıxış edəcəklər. İyulun 27-də Leonid Aqutin, Vladimir Presnyakov və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze və Lyubov Uspenskayanın yaradıcılıq gecəsi təşkil olunacaq. Həmin günlərdə digər musiqiçilər də çıxış edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

# 842 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda “Kəlağayı festivalı”  keçiriləcək

Bakıda “Kəlağayı festivalı” keçiriləcək

18:40 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
# # #