Bu tablo 157 milyon dollara satıldı

Amedeo Modilyaninin “Uzanmış çılpaq qadın” tablosu auksionda rekord qiymətə - 157, 2 milyon dollara satılıb. Bu auksiyon tarixində rekord məbləğdir.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə hərrac mayın 14 də Nyu Yorkda baş verib.

 

İlkin məbləğ 150 milyon dollar olub. Hərracın təşkilatçılarının dediyinə görə, tablonun bundan əvvəlki sahibi onu 26,9 milyon dollara alıbmış.

 

Ekspressionizmin nümayəndəsi olan Amadeo Modilyani 19-ci əsrin sonu, 20 ci əsrin əvvəlində yaşamış ən məşhur rəssamlardandır. Sağlığında tabloları məşhur olmasa da ölümündən sonra onların qiyməti milyon dollarlarla ölçülür.

 

LENT

25 May 2018
24 May 2018
23 May 2018
22 May 2018