“Yazıçı”nın bu sayı Nizami Gəncəviyə həsr olundu

“Yazıçı”nın bu sayı Nizami Gəncəviyə həsr olundu
14 may 2018
# 16:20

“Oğuz Eli” qəzetinin “Yazıçı” adıyla nəşr olunan builki birinci buraxılışı Azərbaycanın dahi şairi Nizami Gəncəliyə həsr olunub. Kulis.azın məlumatına görə buraxılışın ilk səhifəsində Azərbaycan Demokratik Cümurhiyyətinin banisi Nizami Gəncəvi yaradıcılığının geniş və samballı araşdırıcısı Məhəmməd Əmin Rəsulzadənin “Nizamidə Türklük” məqaləsi verilib.

“Hər kəlməni, hər şerini bir top kimi atdın, Sevda yuxusundan bizi vaxtında oyatdın” misraları Səməd Vurğunun dahi şairimizə həsr etdiyi “Nizami” adlı şeirindəndir.

Dərginin səhifələrində Nizami Gəncəvi əsərlərindəki şeirlər və məşhur şərqşünaslardan E.Bertels, A.E.Krımski, eləcədə görkəmli Azərbayçan alimləri M. Rəfili, M. Cəfər, H. Araslı, Rüstəm Əliyev, Mirzə İbrahimov, Yaşar Qarayev, xalq yazıçısı Anar, Elçin və N. Araslı, Əkbər Ağayev, Qəzənfər Əliyev, İsa Həbibbəyli, Teymur Kərimli, Zümrüd Quluzadə, Almaz Ülvi Binnətova, Zəhra Allahverdiyevanın məqalələrindən ixtisarla verilmiş parçalarda dahi mütəfəkkirin yaradıcılığında hər zaman yeni-aktual olan ideya, bəşəri dəyərlər öz əksini tapmışdır.

Akademik Zemfira Səfərovun “Nizami Gəncəvinin və Üzeyir Hacıbəyovun musiqili qəzəlləri” və Əməkdar İncəsənət Xadimi sənətşünas Ziyadxan Əliyevin “Nizami poeziyası təsviri sənətdə” məqalələri və bununla bağlı səhifələrdə əks olunmuş rəssam, tişə ustalarının əsərləri buraxılışa xüsusi dəyər verir.

Bəzi səhifələrin başında qara kursiv həriflərlə verilmiş dünya və Azərbaycanın məşhur söz-fikir ustadlarından Saib Təbrizi, V. Dəstəgerdi(iran), İ. Brakonski(rus), Y. V. Höte(alman), Şibli Nemani(hind), Rudolf Qelpne(isveç), M.F. Axundzadə, M.Ə. Sabir, F. Köçərlinin söylədikləri yığcam və geniş tutumlu bircə cümləsi Nizami Gəncəvinin qüdrətindən, azmanlığından xəbər verir.

Gənc şairlərdən Xanəmir Telmanoğlu, Ayişə Nəbi, Fəxri Uğurlu, Fərid Hüseynin mütəfəkkir şairimiz barədə yazdıqları bir-birindən seçilən mətinləri ilk dəfədir dərgidə çap olunur. Nizami Gəncəvi haqqında yazılmış kitabların siyahısının buraxılışda çap olunması, böyük şairimizin gələcək araşdırıcıları üçün vaxta-zamana qənaət baxımından dəyərli hədiyyədir.

Buraxılışın tərtibçisi və redaktoru Azər Abdulla.

# 903 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
#
#
# # #