Estoniyada Fuad Poladovun xatirəsi yad edilib

Estoniyada Fuad Poladovun xatirəsi yad edilib
11 may 2018
# 09:42

Estoniyanın Baltik Film, Media, İncəsənət və Kommunikasiya Məktəbində Azərbaycan Kinosu Günü təşkil olunub.

Sənəm Əliyevanın və Baltik Məktəbinin rəhbəri Elari Lendin təşəbbüsü ilə reallaşdırılan bu layihə gənc istedadları dəstəkləməyə yönəlib.

S.Əliyeva çıxışında bu ilin avqustunda özünün 120 illiyini qeyd edəcək Azərbaycan kinematoqrafiyasının tarixindən danışıb. O, Azərbaycan kinosunun tanınmış prodüser, rejissor və aktyorlarının adlarını sadalayıb.

Tədbirdə Azərbaycanın Xalq Artisti Fuad Poladovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərhum aktyorun ifasında “Ağla heyranım, ağla” şeiri səsləndirilib.

Azərbaycan Kinosu Gününün təşkili iki dost ölkə - Estoniya və Azərbaycanın müstəqilliklərinin 100-cü ildönümünün qeyd olunduğu əlamətdar tarixə təsadüf edir. “İkinci pərdə” filminin rejissoru Emil Quliyev və baş rolun ifaçısı Hikmət Rəhimov tədbirdə iştirak ediblər.

Sonda “İkinci pərdə” filmi nümayiş olunub./azertag.az/

# 923 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #