Azərbaycanlı tələbə Qazaxıstanda qəzet nəşr etdi

Azərbaycanlı tələbə Qazaxıstanda qəzet nəşr etdi
7 may 2018
# 14:57

Qazaxıstanda Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “28 MAY” qəzeti nəşr edilib.

Qəzetin ideya müəllifi və baş redaktoru Xoca Əhməd Yasəvi adına Beynəlxaq Türk-Qazax universitetinin azərbaycanlı tələbəsi Ruslan Dost Əlidir.

Ruslan Dost Əlinin Kulis.aza verdiyi açıqlamaya görə, türk və qazax dillərində 1000 tirajla yayımlanan qəzet 12 səhifədən və 2 fəsildən ibarətdir. Məmməd Əmin Rəsulzadənin və ümummilli lider Heydər Əliyevin sözləri ilə açılan qəzətin birinci fəslində AXC-nin yaranma tarixi, o dövrdə baş verən ictimai-siyasi proseslər, bütün mərhumiyyətlərə rəğmən cəmi 23 ay davam etməsinə baxmayaraq, Cümhuriyyətin səmərəli fəaliyyəti geniş işıqlandırılmışdır. Həmçinin Məmməd Əmin Rəsulsazənin parlametdəki çıxışı təqdim edilmiş, AXC qurucuları və Azərbaycanın dövlət rəmzləri haqqında ətraflı məlumat verilmişdir. Qəzetə Cümhuriyyət dövrünə aid bir sıra şəkillər və rəsmi sənədlərin surətlərlini də daxil edilmişdir.

İkinci fəsildə isə "100 yaşlı Cümhuriyyətin 95 yaşlı qoruyucusu" başlığı altında Heydər Əliyevin 95 illik yubileyi münasibətilə Ümummilli liderin həyatı, ictimai-siyasi fəaliyyəti diqqətə çatdırılır və müasir Azərbaycanın həyatında müstəsna xidmətlərindən söhbət açılır. Qəzetdə Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı və 1998-ci ildə xalqın qarşısında söylədiyi tarixi nitqinə yer verilmişdir. Həmçinin 1997-ci ildə Ulu Öndər Qazaxıstana ilk səfəri çərçivəsində Almatı şəhərində Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevlə görüşü zamanı rəsmi çıxışı da qazax dilində oxuculara təqdim edilmişdir.

Sonda müasir Azərbaycanla bağlı ətraflı dolğun, geniş verilərək, Azərbaycanın dünyada müstəqil siyasət apardığı nüfuzlu dövlət, etibarlı əməkdaş olaraq tanındığı və qəbul edildiyi diqqətə çatdırılır.

"28 MAY" qəzeti Xoca Əhməd Yasəvi adına Beynəlxaq universitetin Azərbaycanlı tələbələri Ruslan Dost Əli və Ziya Əkbərlinin vəsaitləri hesabına nəşr edilib.

Qəzet mayın 18-də Beynəlxalq Əhməd Yasəvi universitetdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr ediləcək tədbir çərçivəsində universitetin müəllim və tələbə kollektivinə təqdim olunacaq. Eyni zamanda Beynəlxalq Türk Akademiyasına, Qazaxıstanın Nazarbayev, Əl-Fərabi, Süleyman Dəmirəl və Güney Qazaxıtsan Dövlət Universiteti kimi nüfuzlu universitetləri ilə yanaşı Qırğızıstanın Manas universitetinə də hədiyyə ediləcək.

Xatırladaq ki, hazırda türkdilli Beynəlxalq Əhməd Yasəvi universitetində türk dünyasının 30 fərqli coğrafiyasından gəlmiş 10 mindən çox tələbə təhsil alır.

# 800 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #