İlham Qəhrəman laçınlılarla görüşüb - FOTOLAR

İlham Qəhrəman laçınlılarla görüşüb - FOTOLAR
7 may 2018
# 10:02

Ötən həftə Laçın qaçqınlarının məskunlaşdığı Ağcabədi rayon Taxtakörpü qəsəbəsində tanınmış şair İlham Qəhrəmanın yaradıcılığına həsr olunmuş “Yurd səsi” adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Laçın Mədəniyyət Mərkəzinin hazırladığı tədbirdə şairin özü də iştirak edib. Mədəniyyət Mərkəzinin salonunda məktəblilərdən tutmuş ahıl laçınlılara qədər hər nəslin nümayəndəsi olub.

Laçın aşıqlarından Aşıq Təbriz Axundov, Aşıq Xəlil İmranov, Aşıq Nizami Şirinov və Aşıq Vidadi Mövlamverdiyevin ifasında həmyerlilərinin yaradıcılığından seçmə şeirlərin ifası tədbiri daha da yaddaqalan edib.

Məktəblilər tərəfindən şairin şeirlərinin ifası yurd həsrəti çəkən laçınlıların zövqünü oxşayıb, onlara duyğulu anlar yaşadıb.

Eyni zamanda rayon ziyalıları İlham Qəhrəmanın yaradıcılığının özəlliklərindən bəhs edən çıxışlar ediblər və belə tədbirlərin doğma Laçında keçirilməsini arzulayıblar. Tədbir boyu şairin həm öz yaradıcılığından, həm də laçınlılardan vaxtilə topladığı folklor mətnlərindən bədii nümunələr söyləməsi tədbirə xoş bir ortam qatıb.

Sonda şair tədbiri hazırlayanlara və iştirakçılara təşəkkürünü bildirib və oxuculara öz kitablarını hədiyyə edib.

Görüntünün olası içeriği: 10 kişi, Ebduleli Ebduleliyev Laçın dahil, ayakta duran insanlar, kalabalık ve iç mekan

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve iç mekan

Görüntünün olası içeriği: 18 kişi, gülümseyen insanlar, oturan insanlar

Görüntünün olası içeriği: İlham Qəhrəman, ayakta ve iç mekan

# 1351 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #