Ülviyyə Heydərova Almaniya festivalına dəvət olunub

Ülviyyə Heydərova Almaniya festivalına dəvət olunub
25 aprel 2018
# 16:40

Ülviyyə Heydərova “Next Stage Europe 2018” festivalına dəvət alıb.

Müəllifin Kulis.aza verdiyi məlumata görə, bu il Almaniyanın Höte adına İnstitutu tərəfindən “Next Stage Europe 2018” festivalı keçiriləcək.

13-17 iyun tarixlərində Almaniyanın Potsdam şəhərində təşkil olunacaq festivalda Azərbaycan, Belarusiya, Gürcüstan, Ukrayna, Rusiya və Ermənistandan olan 12 gənc dramaturq iştirak edəcək. Azərbaycanı bu festivalda yazıçı-publisist Ülviyyə Heydərova təmsil edəcək. O, bu festivala “Uşaqlıq” adlı monopyesi ilə qatılacaq. Qeyd edək ki, festival iştirakçılarının dram əsərləri Höte adına İnstitutun xüsusi təyin etdiyi münsiflər heyəti tərəfindən seçilib. Festival çərçivəsində müəlliflərin əsərləri müzakirə olunacaq, alman aktyorları tərəfindən ifa ediləcək, bəzi əsərlər isə səhnələşdiriləcək. Festivalda məşhur alman ssenaristləri Pol Brodovski, Mişel Dekar, Yonas Lyüşer və b. seminarları keçiriləcək. Festivalın məqsədi gənc dramaturqları Almaniyada tanıtmaq, qonaqları Almaniyadakı beynəlxalq ədəbi mənzərə ilə tanış etməkdir.

# 909 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

"Adamın buna kitab deməyə dili gəlmir..." - Orxan Saffarinin hekayələr kitabı haqqında

12:30 15 aprel 2024
"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

"Necə ömür sürmüsənsə, elə də öləcəksən" - Allahın mühakimə etdiyi məmur

09:15 15 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #