Yazıçılar depressiyadan xilası niyə intiharda görürlər? - ANALİZ

Yazıçılar depressiyadan xilası niyə intiharda görürlər? - ANALİZ
25 aprel 2018
# 14:21

Kulis.az İbrahim İbrahimlinin “Dahiliyin həddi” essesini təqdim edir.

Yəqin ki diqqət yetirmisiniz, bu dünyadakı yaşayışın mövcudluğunda ən çox darıxan, sıxılan insanlar yaradıcı şəxslər olur. Bu, əsasən varlığını ciddi, intellektual yazıçıların, şairlərin və digər ədəbi janrlarda yazan yazarların yaradıcılığında gerçəkliyini göstərir; onlar hansı cəmiyyətdə, formasiyada yaşamalarından asılı olmayaraq çox tez-tez bu dünyada yaşamağın darıxdırıcı olduğunu, cəlbedici nələrinsə həyatlarında, ömürlərində yetərincə olmadığını vurğulayırlar, yazılarında o cür yaşamdan usandıqlarını deyirlər.

Onlar əksər vaxtlarda belə bir darıxmadan kənarlaşmaq istəyi ilə yaşamlarını bir məkanda deyil, müxtəlif maraqlı, qələbəliyi olan məkanlarda yaşamaqla həmin reallığı qarşısını almağa çalışırlar (məsələn V.Nabakov, Le Klezio və s kimi).

Qeyd edim ki yazıçılar, şairlər və sairlər arasında belə darıxma, sıxılma məqamlarının işartıları indiki zamanda daha çox nəzərə çarpmaqdadır, diqqəti çoxşaxəli varlığına çəkməkdədir, hətta mən deyərdim ki, yazarlar arasında müxtəlif ədəbi koridorlarda artıq bu məqama bir yaşam tərzi kimi münasibət bəslənilir. Mənə elə gəlir ki, indiki vaxtda belə məqamın həmin yazarların varlıqlarının tam mənada dünyəviləşməsi, fərdi formada qloballaşması olsa da bunun digər psixoloji tərəfləri də var və həmin reallıq o cür gerçəkliyi sərbəst şəkildə varlığında gəzdirməkdədir.

Fikrimcə, bunun əsas səbəbi əsl, intellektual yazar olan şəxslərin şəxsi fərdiliklərinin həm yazıçı, şair anlamında, həm də bir varolma olaraq hələ də onların tam mənada fərdilik anlayışını kompleks şəkildə yaşamağı bacarmadıqlarından irəli gəlir, ötəri anlamları, əsəsən heç bir ciddi nəticəsi olmayan reallıqları əsas mahiyyətli bir şey kimi yanaşmaları o məqamı yaradır. Xüsusi olaraq diqqətinizə çatdırım ki, bu fərdi və psixoloji kompleks bir çox məşhur yazıçıların yaşayışında da qabarıq formada varlığını göstərib, həmin yazarların yazıçı ömrünü müəyyənləşdirib.

Məhz bu mühüm məqamın gerçəkliyini göstərməkdən ötrü gəlin belə bir ədəbi həyatda olan faktlara nəzər salaq. Məsələn, dünyaca məşhur yazıçılardan E. Hemiunuqey və Stefan Sveyqin yaşadıqları, onların yaradıcılıqlarında, ömürlərində intihara qədər olan məqamları məhz yuxarıda qeyd edilən həmin fərdi psixoloji məqamla əlaqəli olub. Onlar dünyanın heç bir məkanında darıxmağın, sıxılmağın reallıqlarından kənarda dura bilməyiblər, müntəzəm şəkildə olaraq həmin yaşamın içində, hətta mən deyərdim ki, episentrində olublar, həmin vacib yazıçı məqamındanmı, reallığındanmı kənara çıxmaqdan ötrü şəxsi həyatlarında, ömürlərində yazıçı, şair və sair yaradıcılığının mükəmməl mərhələsini tapmayıblar.

Yəqin çoxlarınız bilirsiniz ki, adını çəkdiyimiz hər iki məşhur yazar bu dünyadakı bütün anlayışlara qarşı inamsız, onlara tərəf meyllənən hər bir anlama mənası olmayan bir yazıçı reallığı kimi münasibət göstəriblər. Onlar bu yaşamların da maraqsız, həmçinin bu dünyada yaşamaqdan ötrü müxtəlif anlayışlara qarşı laqeyd olduqlarından, hansısa reallıqlar da bədi və maddi stimul tapmadıqlarından intellektual intiharın reallığına meylləniblər, hətta şəxsi həyatlarında onların şəxsi varlıqlarını qoruyanlar yetərincə qədərdə olsa da. Məsələ burasındadır ki, hər bir şəxsin, əsasən də yaradıcı şəxs olan yazıçılar, şairlər və sairlər bu dünyada onların maraq dairəsini təmin etməyən anlayışlar olmayan halda, yaxud onlar hətta yaradıcılıqlarında təskinlik məqamları tapmadıqlarından müxtəlif ömür, həyat məqamlarında varlıqlarının bütün diqqətlərini əsasən depressiv yaşayışa yönəldiblər (bu amil mühüm yazıçı psixologiyasıdır), yaşayışlarında maraqlı yaşamın imkanlarını ayrı dünyada görüblər, yəni yaradıcı şəxslərin yaşayışında daima ötəri deyil, əsaslı, mütləq xarakterdə, formada müxtəlif yönümlü yaradıcı ədəbi stimul olmalıdır ki, həmin yazarlar varlıqlarının reallıqlarını unikal mənada dəyərləndirməməkdən, həmçinin fərdi yazıçı, şair və digər yaradıcı müxtəliflikdən kənarlaşmasınlar.

Qeyd edim ki, yazıçı E.Hemuniqey və Stefan Sveyq bədii yaradıcılıqlarında, şəxsi istedadlarının, həmçinin şəxsi ömürlərinin imkan yaratdığı qədər məşhur olublar. Hətta mən deyərdim, bu məşhurluq onları darıxdıracaq qədərdə olub və bu darıxdırıcılıq da pik məqamına çatdıqda o məşhurluğun cazibəsinin adiləşməsi tam mənada həm ədəbi, həm də şəxsi yaşamın mənfi xarakterli bir reallığına yönəlib, yəni intiharın yaşamına, əgər belə demək mümkünsə onların istedadının gücü yalnız yazıçı məşhurluğunun bir neçə etapını əhatə etdiyindən, dahiliyin çox qatlı cəhətini əhatə etmədiyindən həmin intihardan kənarlaşmaqdan ötrü varlıqlarında heç bir cəlbedici ədəbi və fiziki güc tapmayıblar. Ən əsası da haqqında söhbət apardığımız yazıçılar həmin ədəbi məşhurluqda yeni diqqəti cəlb edən yazıçı etapı, həmçinin şəxsi ömür etapı görmədiklərindən yaşayışlarında lazım olan, onları fikrindən çəkindirən stimul məqamları tapmayaraq bu dünyadan getməyi mövcudluqlarının və bədi yaradıcılıqlarının əsas amili, şəxsi yaradıcılıqlarının əsas reallığı kimi yaşayıblar. Yəni onlar o yaşda şəxsi yaradıcılıqlarını, şəxsi yaşayışlarını mütləq mənada dəyərləndirəcək və həmçinin yaradıcılıqlarından da yüksək olan məqamı intihardan ayrı heç bir anlamda görməyiblər, bu dünyada darıxmaqdan, sıxılmaqdan qeyd edilən üsul ilə kənarlaşmağı əsas bir reallıq kimi qəbul ediblər. Xüsusi olaraq bildirim ki, barəsində söhbət apardığımız hər iki mükəmməl yazıçının intihar etməsinin psixoloji və mənəvi səbəbinin əsas məqamı, məhz ədəbi, şəxsi yaşamın həmin görmə məqamı ilə əlaqəlidir.

Söhbəti gedən bu məqamın mühüm bir tərəfi var ki, mükəmməl yazarlar ömürlərinin müəyyən mərhələsində bu dünyanın hansısa anlayışında maraqlı və onların ruhunu yaxşı mənada təəccübləndirəcək, həmçinin cəlb edəcək mənalı hansısa nüans görmədiyindən çox vaxtı darıxmağı həyat tərzi kimi yaşayırlar, yəni onların həmin situasiyalardakı daxili və mənəvi amili elədir ki, yaşadıqları hər andan möcüzə gözləyirlər, möcüzə yaşamaq istəyirlər, yəni onların yaşayışı elə bir formada olur ki, istənilən halda yazıçı möcüzəsini varlıqlarının hər bir anında sezməyi vacib bilirlər, (məncə, bunu möcüzə melanxoliyası adlandırmaq olar), məsələ burasındadır ki, əgər onlar yaradıcı, şəxsi həyatlarında, o cür mənəvi və qeyri-adi möcüzəni sezməsələr onların yaşam mövcudluğunda nəyəsə sığınma məqamı olmur, yəni onların şəxsi varlıqlarını fərqləndirmək məqamı hansısa anlamda reallığını tapmır, əgər o fərqləndirmə məqam tapılsa da, hansısa üsulda olsa da onların təsiri müvəqqəti xarakterli olur. Buna görə də həmin şəxslər, yaxud da haqqında söhbət apardığımız yazıçılar düşdükləri psixoloji situasiyadan, yaradıcılıq mərhələsindən, reallığından çıxış üsulunun hamısına çox mənasız, möcüzəvi nəticəsi olmayan bir münasibətlər göstəriblər, düşdükləri depressiv situasiyadan heç bir çıxış məqamı müşahidə etməyiblər.

Fikrimcə, bu cür yaradıcı, şəxsi münasibət üsulunun bütün ötəri məqamları yanlış və elə də əsası olmayan bir reallıqdır, məncə ədəbi anlam elədi ki, onun içində həmişə istənilən intellektual möcüzə nüansları, gerçəklikləri tapmaq mümkün olar, əgər belə demək mümkünsə yaşadığımız bu dünyada mükəmməl yaradıcı şəxsi ömür və istənilən intellektual yaradıcılıq mərhələsini nəhayətsiz qədər təmin edən yaradıcı stimullar mövcuddur və barəsində söhbət apardığımız bu mühüm xarakterli mövcudluqda mütləq reallığın nəticəsi olaraq müəyyən möcüzəvi anlamlar da və yaradıcı anlayışlar da hər zaman qalmaqdadır, sadəcə olaraq hər bir istedadlı, intellektual fərd həmin mühüm yaradıcı məqamı bu dünya da yaşayışın, mövcudluğun reallığın da görməyi bacarmalıdır, ən əsası onun yazıçı möcüzəsi olan tərəfini aşkarlamalıdır, əgər həmin fərd, yəni istedadlı, intellektual yazıçı qeyd edilən mövcudluq üsulunu bu dünyanın hansısa reallığında, əsasən də irreallığında görmürsə həmin yazıçı nə yaşadığımız dünyanı tam mənada dərk edir, nə malik olduğu istedadı və nə də ki şəxsi məkanı dünyanın fövqündə durmağı bacarır, yəni onun yaşayışındakı heç bir gerçəklik dahilik səviyyəsinin mütləq mənasının fərqli xarakterinə malik deyil, axı bu dünyada hər bir anlamın, yaşamın müəyyən mərhələləri olduğu kimi dahiliyində yetərincə müxtəlif varolma üsulları və müxtəlif mərhələləri var.

Məhz bu mühüm amilə, onun dahiliyi çox mərhələli bir anlama aid olmadığına görə də həmin yazıçı mütləq mənada depressiyanı yaşamağa daima meylli olur, o yaşadığı bu dünyanın reallığında bütün ömrünü təmin edəcək stimul tapmadan kənarda, yəni hansısa bir məkanda, məsələn yeni bir dünyada mövcudluğunu tapır - əgər buna mövcudluq demək mümkünsə - yəni demək istədiyim odur ki, əgər hansısa istedadlı, intellektual xarakterə malik olan yazıçı bu dünyadakı varlığını hansısa mövcudluqda tapmayıb darıxanda, sıxılanda, bu dünyanın hansısa anlayışında məna görməyəndə hamının gördüyü, sezdiyi (lap bu onun adiləşməsi olsa da), yaxud hamının görmədiyi, sezmədiyi yüksək səviyyəli reallığı yaşamalıdır ki varlığındakı qeyri-müəyyən situasiyanı sabitləşdirə bilsin, yəni o bu psixoloji yaradıcı halında ya istedadının bacara bilmədiyi mərhələni mənasız yerə yaşamaq niyyətində olmamalıdı, ya da ki istedadının, intellektinin qədəri ona imkan yaradarsa o istənilən yaradıcı durumda çox yüksək səviyyəli, yəni ölümün, o dünyanın da fövqündə duran mənalı bir reallıqmı, irreallıqmı tapmağa müvəffəq ola bilər. Əgər həmin yaradıcı fərd varlığında elə bir fərqli məqam görməsə onun bir yaradıcı, hər hansı bir fərd kimi intihara meyllənməsi mütləqdir, məncə məhz belə psixoloji mütləqliyə görə (qeyd edim ki bəzən intihar edən şəxs əgər intihardan sağ qalarsa onun yeni mükəmməl yaradıcı mərhələyə keçməsi çox asan olur, yəni bəzən intihar da yazıçının yeni yaradıcı mərhələyə keçirir, məncə bu ayrı bir essenin mövzusudu), Stefan Sveyq də, E.Hemuniqey də intiharı düşdükləri, yaşadıqları depressiyadan çıxmaqdan ötrü ən mühüm amil, üsul kimi qəbul ediblər.

Haqqında söhbət apardığımız yazıçıların intellektlərinin, istedadlarının səviyyəsi onların intihar məqamının reallığına qədər olan həddədir, mütləq xarakterli həddi, əgər belə demək mümkünsə onların dahiliyi çox qatlı, çox mərhələli deyil, yəni əgər həmin yazıçıların istedadlarının səviyyəsi onların şəxsi varlıqlarındakı həmin anlayışların, şəxsi yaşayışlarının intihar məqamını keçən və o keçidlə intellektin və istedadın digər mərhələsin də varlıqlarını tapmağı, görməyi bacarmırsa o halda barəsində söhbət apardığımız yazıçıların varlıqlarına intihar etmək üsulunu seçməsi ötəri deyil, hər bir psixoloji halda mütləq xarakterli olur. Yəni demək istədiyim odur ki bizlərin yaşadığı bu dünyanın, kainatların və bu dünyanı, kainatları yaradan Allahın varlığı o qədər müəmmalı və həmdə o qədər cəlbedicidir ki, əgər sənin varlığındakı intellektin, yazıçı, şair istedadının səviyyəsi yetərincə qədərdisə sən heç bir şeydən asılı olmadan mütləq bu dünyada yaşamaqdan ötrü Allahın yaratdığı fövqəl anlayışlar da, Allahın varlığında istədiyin daimi, tükənməz stimulu bir yazıçı, yaxud bir fərd kimi tapacaqsan və bu tapmada əlbəttə ki mütləq mənada olması ilə diqqəti cəlb edəcəkdir, sənin yazıçı, şair və sair varlığın hər bir halda fərdiliyin, yaradıcı dahiliyin hər bir halda ən yüksək həddinə geçəcəkdir, yəni sən o dahiliyin kiçik mərhələsini deyil çox etaplı mərhələsini yaşayacaqsan. Məncə bu da onu göstərir ki elə intiharsız yaşamdan ötrü ən böyük, ən gerək stimul Allahın varlığıdı, yəni elə daimi üsul bizlərin Allahın onun necəliyini bilməyə imkan yaratmayan müəmmasını öyrənməkdi.

# 818 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

Məşhur yazıçının kitabı satışdan çıxarıldı

19:00 23 aprel 2024
“Hər yanı gülşən Azərbaycan”  adlı xor müsabiqəsinə start verildi

“Hər yanı gülşən Azərbaycan” adlı xor müsabiqəsinə start verildi

18:30 23 aprel 2024
Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

Qalib filmlərə nə qədər maliyyə ayrılıb? - Siyahı

18:00 23 aprel 2024
Skripkaçımız Fəxri diploma layiq görüldü

Skripkaçımız Fəxri diploma layiq görüldü

17:30 23 aprel 2024
“Bir arzu gerçəkləşir”  adlı yeni fərdi sərgi keçirilir

“Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgi keçirilir

17:00 23 aprel 2024
Beynəlxalq Rəqs Günü  qeyd olunacaq

Beynəlxalq Rəqs Günü qeyd olunacaq

16:30 23 aprel 2024
# # #