Azər Paşa Nemətov Bolqarıstana gedir

Azər Paşa Nemətov Bolqarıstana gedir
24 aprel 2018
# 15:32

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov Bolqarıstana səfər edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.aza verilən məlumata görə, 26-29 aprel tarixlərində baş tutacaq səfərdə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Azər Paşa Nemətov bildirib ki, Bolqarıstan Akademik Milli Dram Teatrının rəhbərliyi Azərbaycanın bu ölkədəki səfirliyi vasitəsi ilə yaradıcılıq əməkdaşlığı qurmaqla bağlı müraciət edib:

“Yaradıcılıq əməkdaşlığının qurulmasına xidmət edən müraciəti yüksək qiymətləndirdik. Eyni zamanda Bolqarıstan teatr xadimləri azərbaycanlı müəlliflərin əsərləri ilə maraqlanıblar. Artıq onlara klassik və müasir əsər nümunələrini göndərmişik. Bolqarıstanın Akademik Milli Dram Teatrının dəvəti əsasında reallaşan səfərdə xarici teatr mütəxəssisləri, menecerlər iştirak edəcəklər. Bilirsiniz ki, Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində keçirilən beynəlxalq festivalda ötən uğurla iştirak etdi. Bu il də eyni festivalda Samuel Bekketin “Kreppin son lent yazısı” pyesi əsasında hazırlanan tamaşa ilə iştirak edəcəyik. Səhnə əsəri ingilis dilində oynanılacaq.”

Səfər çərçivəsində Bolqarıstanın mədəniyyət nazirliyində və Beynəlxalq Teatr İnstitutunun Bolqarıstan Milli Mərkəzində görüşlər keçiriləcək, teatr rəhbərləri ilə gələcək əməkdaşlığın perspektivləri haqqında müzakirələr aparılacaq.

Qeyd edək ki, yaradıcılıq səfəri Azərbaycanın Mədəniyyət Nazirliyinin və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.

# 1301 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
#
#
# # #