Mehdi Məmmədovun 100 illiyi keçiriləcək

Mehdi Məmmədovun 100 illiyi keçiriləcək
23 aprel 2018
# 15:25

Prezident İlham Əliyev aprelin 23-də Azərbaycanın görkəmli teatr rejissoru, SSRİ Xalq Artisti Mehdi Məmmədovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Kulis.azın Azərtaca istinadən verdiyi xəbərə görə sərəncama əsasən, Xalq Artisti Mehdi Məmmədovun 100 illik yubileyi ilə bağlı tədbirlər planının hazırlanıb həyata keçirilməsi Mədəniyyət Nazirliyinə tapşırılıb.

Sərəncamda vurğulanır ki, 2018-ci ilin may ayında tanınmış aktyor, teatrşünas alim və pedaqoq, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun anadan olmasının 100 illiyi tamam olur. Nadir istedada malik rejissor kimi M.Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.

# 824 dəfə oxunub

Oxşar xəbərlər

Tarantino son filmini çəkməkdən vaz keçdi

Tarantino son filmini çəkməkdən vaz keçdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

15:00 18 aprel 2024
#
#
# # #