Dünya şöhrətli rejissor Miloş Forman vəfat etdi

 

Dünya şöhrətli rejissor, Oskar mükafatı laureatı Miloş Forman ölüb.

 

Kulis.azın APA-ya istinadən verdiyi məlumata görə bu barədə Çexiya mətbuatı xəbər yayıb. Onun ölüm səbəbi açıqlanmır.

 

M. Forman 1932-ci ildə anadan olub. Sovet qoşunlarının Çexoslovakiyaya müdaxiləsindən sonra Fransaya mühacirət edib. Daha sonra isə ABŞ-a köçüb. M. Forman Praqa İncəsənət Akademiyasının kino fakültəsinin məzunudur. 1950-ci illərin ortalarında həm ssenarist kimi işləyib, həm də məşhur “Laterna Maqika”da ilk proqramların hazırlanmasında iştirak edib. 1963-ci ildə “Müsabiqə” adlı sənədli filmi ilə kino sənətində debüt edib.

 

Məşhur rejissor "Ququ quşu yuvası üzərindən uçarkən”, “Amadey”, “Ayda adam”,  “İnamı qoruyun”, “Xalq Lerri Flintə qarşı” və s. filmlərin müəllifidir.

 

 

LENT

25 Aprel 2018
24 Aprel 2018
23 Aprel 2018