Yeni teatr saytı yaradıldı

 

 

Azərbaycan media məkanında yeni mədəniyyət portalı fəaliyyətə başlayıb.

 

Kulis.az-ın verdiyi xəbərə görə, müstəqil fəaliyyət göstərən sayt “Teatro.az” adlanır.

 

Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən Teatro.az sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov və teatrşünas Elçin Cəfərovdur. Redaksiya heyəti, əsasən, peşəkar teatrşünaslardan ibarət olan saytın baş redaktoru Vidadi Qafarovdur.

 

Dünya və Avropa teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilən, milli səhnə sənətimizi dünya teatr prosesi kontekstində işıqlandırmağı nəzərdə tutan Teatro.az sənət portalı teatrşünaslıq və teatr jurnalistikası ilə bağlı mövcud boşluğun aradan qaldırılmasına xidmət edərək, teatr prosesinin canlanmasında, milli səhnə sənətinin inkişafında və dünya teatr məkanına inteqrasiyasında müəyyən rol oynamağı hədəfləyir. Sənətə universal baxım bucağından yanaşan Teatro.az saytı həmçinin ölkəmizdə teatr təhsilinə yardımçı olmaq və elmi-nəzəri, dramaturji baza funksiyasını yerinə yetirmək məqsədini qarşıya qoyur. Teatr sənətinin sintetik təbiəti nəzərə alınaraq, portalda kino, televiziya, sirk və s. kimi digər sənət növlərinə də yer ayrılmışdır ki, bu da veb-saytın əhatə dairəsini genişləndirir.

 

 

 

Hazırda elektron media məkanında yeganə teatr saytı olan TEATRO.AZ portalı səhnə sənəti ilə məşğul olan bütün qurumları və teatr icmasını əməkdaşlığa dəvət edir.

LENT

23 Aprel 2018
22 Aprel 2018
21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018