Tərcümə Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş kitab

Tərcümə Mərkəzində Xalq Cümhuriyyətinə həsr olunmuş kitab
5 aprel 2018
# 10:45

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “...Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü görüb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, Parlamentimizin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, belə geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanmışdır.

Yaxın günlərdə 100 illiyi qeyd olunacaq milli dövlətimizin – Azərbaycan Cümhuriyyətinin (1918–1920) “qurucu atalar”ından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla sərgiləyən nəşr, Cümhuriyyətin əzablı doğuluş prosesini və bu idealın əbədiyaşarlığını da dolğun şəkildə əks etdirir.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin əziz xatirəsinə ithaf olunur.

Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur.

# 892 dəfə oxunub

Oxşar xəbərlər

Cavanşir Məmmədov vəfat etdi

Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi

12:04 20 aprel 2024
Çingiz Hüseynov:  "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

Çingiz Hüseynov: "Ürəyimə dammışdı ki, bir daha Vətənə dönməyəcəyəm..." - Müsahibə

12:00 20 aprel 2024
"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

"Ümid nəğməsi" tamaşasının premyerası keçirildi

11:30 20 aprel 2024
Gəncədə yeni kitab evi istifadəyə verildi

Gəncədə yeni kitab evi istifadəyə verildi

10:40 20 aprel 2024
Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olundu

10:15 20 aprel 2024
# # #