"Çıxış" teatrından ilk tamaşa

"Çıxış" teatrından ilk tamaşa
2 aprel 2018
# 15:35

Yeni təsis olunmuş müstəqil “Çıxış” teatrının ilk tamaşası təqdim olunub.

Bu barədə Kulis.az xəbər verir.

Türk dramaturqu Müzəffər İzgünün “Sərhəd” pyesi əsasında hazırlanmış “Tikanlı münasibətlər” adlanan tamaşanın quruluşçu rejissoru İmam Həsənovdur.

Aktyorlar Niyaz İlyasoğlu və Qorqud Cəfərin iştirak etdiyi tamaşada sərhəddə xidmət çəkən iki əsgərdən – Matidən və Yuandan bəhs olunur. İki düşmən ölkənin əsgərləri bu qədər yaxın qonşuluqda doğmalaşır, onlar bir-birlərinə ailələrindən, kəndlərindən, sevgililərindən danışırlar, xəyallarını, arzularını bölüşürlər, evdən gələn, arzusunda olduqları yeməklərini paylaşırlar, bir-birinin kürəyini qaşıyırlar, hətta bir-birlərini evlərinə qonaq da dəvət edirlər. Bu sərhəd insan ünsiyyəti qarşısında corab qurutmaq üçün zivəyə, voleybol oynamaq üçün tora çevrilib. Amma Mati də, Yuan da asılıdır, onlar canlı insandır, amma həm də sərhəddə addımlamalı olan mexanizmdir. Hücum əmri verilən kimi gərginlik başlayır. Əsgər tabe olmalıdır. Yuan Matinin silahını qapır - indicə komandirinin əmrinə görə, Matini öldürməlidir. Amma bir az əvvəl onlar evdən gələn yeməyi bölüşmüş, eyni mahnını oxumuş, rəqs etmişdilər...

Tamaşa müharibə kimi sərt şərtlərin altında belə insanlığı qorumaq kimi ciddi bir məsələdən danışır.

# 985 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
# # #