Mübariz Tağıyevin 70 illik yubileyi keçiriləcək

Mübariz Tağıyevin 70 illik yubileyi keçiriləcək
19 mart 2018
# 16:00

Aprelin 25-də Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Mübariz Tağıyevin 70 illik yubiley gecəsi keçiriləcək.

Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yubiley gecəsində, xalq artistləri Flora Kərimova, Yalçın Rzazadə, Samir Cəfərov, Aygün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, Sevda Ələkbərzadə, Teymur Əmrah, müğənnilər Cavan Zeynallı, Samirə Allahverdiyeva, Eldar Qasımov, İlqar Xəyal, Fuad Musayev, Səbinə Babayeva, Emiliya Yaqubova, Abbas Əhməd, Azad Şabanov, Ülkər Əliyeva, Cingiz Mustafayev, Cahangir Qurbanov, Musa Abdullayev və “QAYA” qrupu, “RAST” qrupu, “SEVİL” ansamblı, estrada-simfonik orkestri, “Cəngi” qrupu, “SAVAB” qrupu, Zabitlər evinin xoru, “Bakılı oğlanlar” komandası iştirak edəcəklər.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və "ASAN Xidmət" mərkəzlərindən, "Gənclik" və "28 Mall" ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.

Qeyd edək ki, "APA Holding" tədbirin informasiya dəstəkçisidir.

# 936 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #