Məşhur şairə dünyasını dəyişdi

Məşhur şairə dünyasını dəyişdi
19 mart 2018
# 09:14

Amerika poeziyasına yeni, dəbli və bəzəkli ifadələr gətirmiş şair Lusi Brok-Broydo dünyasını dəyişib.

Yaradıcılığı həyatın gözəllik, incəsənət və real dünyanın əzabkeş insanlarını birləşdirən ortaq nöqtələrinə köklənən şairin ölüm xəbərini mətbuata rəfiqəsi Melissa Qrinvold Parker təsdiqləyib. 61 yaşlı şair qısa müddət yaşadığı xəstəlikdən sonra dirçəlsə də, qəfil bir "ürək oyunu”na qurban gedib.

Kembricdəki evində dünyaya gözlərini yummuş şair Amerika ədəbiyyatında öz tərzi, üslubu ilə xüsusilə seçilib. Şeirləri də özü kimi zərif, şarmlı və duyğu dolu olub: "Şeirin dünyasına gəlməyə məcbur idim, çünki bu dünyada yaşaya bilmirdim”.

Hələ kiçik yaşlarından davranışları, gözəlliyi, mükəmməl təhsil göstəriciləri diqqət çəkmiş Lusi 13 yaşından professional olaraq, poeziya dərsləri alıb. Sonuncu toplusu "Dayan, kölgə” ("Stop, İllusion”) "National Book Award” və "National Book Critics Circle Award” mükafatına layiq görülüb.

Naşiri Deborah Qarison mətbuata verdiyi açıqlamada şairin işıq üzü görməmiş şeirləri çox qısa zamanda oxucuların ixtiyarına veriləcək. /artkaspi.az/

# 1392 dəfə oxunub

Oxşar xəbərlər

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

"Time Magazine" ən nüfuzlu 100 adamın adlarını açıqladı

13:30 26 aprel 2024
“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü”  adlı sərgi açıldı

“26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açıldı

13:00 26 aprel 2024
Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

Qadını geyiminə görə mağazadan qovanlar haqlıdırmı?

12:47 26 aprel 2024
Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

Tahir Tahiroviçin kitabının təqdimatı olacaq

12:46 26 aprel 2024
Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

Bakıda 21 yaşlı model faciəvi şəkildə vəfat etdi

12:33 26 aprel 2024
Farabi Film Festivalı  keçiriləcək

Farabi Film Festivalı keçiriləcək

12:25 26 aprel 2024
# # #