Pekində Novruz münasibəti ilə muğam gecəsi

Pekində Novruz münasibəti ilə muğam gecəsi
19 mart 2018
# 09:11

Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Bakı Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Çinin ən böyük konsert salonu olan Milli İncəsənət Mərkəzində Novruz bayramı münasibətilə “Azərbaycan muğamı gecəsi” təşkil edilib.

Tədbirin açılışında çıxış edən səfir Əkrəm Zeynallı konsertin Çinin siyasi həyatında çox vacib hadisəyə - Si Cinpinin Çin Xalq Respublikasının sədri vəzifəsinə yenidən seçildiyi vaxtda təsadüf etdiyini vurğulayıb və bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin Çinin dövlət başçısına təbrik məktubu ünvanlandığını diqqətə çatdırıb. Məktubun məzmunu ilə tədbir iştirakçılarını tanış edən səfir, Azərbaycan və Çin liderlərinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimizin sürətlə inkişaf etdiyini qeyd edib.

Səfir Ə.Zeynallı Azərbaycanın Çin ilə münasibətlərə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə dərinləşdirilməsində maraqlı olduğunu söyləyib. Konsertin təşkilində əsas məqsədin Çin ictimaiyyətini musiqi vasitəsilə qədim və zəngin mədəniyyətimizlə tanış etmək, musiqi körpüsü ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq olduğunu vurğulayan səfir, bununla da mədəniyyət sahəsində əlaqələrimizin daha da genişləndirilməsinə töhfə vermək olduğunu bildirib.

Diplomat xalqımızın qədim bayramı Novruz haqqında məlumat verərək deyib ki, baharın gəlişini, təbiətin oyanışını, ruzi-bərəkət, paklıq və həmrəyliyi xarakterizə edən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd olunur. O, Azərbaycanda Novruz şənliklərini muğamsız təsəvvür etməyin çətin olduğunu diqqətə çatdırıb.

Sonra səhnə musiqiçilərin ixtiyarına verilib. Gənc xanəndələr Hüseyn Məlikov, Nigar Şabanova, tarzən Kamal Nuriyev, kamança ifaçısı Ceyhun Muradovun təqdimatında “Leyli və Məcnun” operasından parçalar, “Şahnaz”, “Çahargah”, “Qatar”, “Bayatı-Şiraz” və “Segah” təsnifləri, “Qarabağ” şikəstəsi ifa olunub.

Konserti izləyənlər arasında Çinin Xarici İşlər, Kommersiya, Mədəniyyət nazirliklərinin, Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin rəsmiləri, Pekin ictimaiyyətinin nümayəndələri, eləcə də bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak ediblər. /azertag.az/

# 949 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
Al Paçinonun tərəf müqabili açıqlandı

Al Paçinonun tərəf müqabili açıqlandı

16:30 24 aprel 2024
Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

Yeni qərar - Azərbaycanda "sürətli musiqi" qadağan oluna bilərmi?

14:30 24 aprel 2024
Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

Filmimiz Kann Festivalının müsabiqəsinə seçildi

14:00 24 aprel 2024
Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
# # #