Cümhuriyyətlə bağlı hekayə müsabiqəsi elan olundu - ŞƏRTLƏR

“Ustad” ədəbiyyat və sənət dərgisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hekayə müsabiqəsi elan edir.

 

Müsabiqədə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Cümhuriyyəti dönəmindən, ümumiyyətlə həmin dövrdə baş verən istənilən hadisədən, ictimai-siyasi, sosial-mədəni mövzulardan, dövrü təsvir etmək şərtilə tarixi və ya uydurulmuş şəxsiyyətlərdən bəhs edən müasir hekayələr iştirak edə bilər. Hekayələrin janrına məhdudiyyət qoyulmur.

 

Müsabiqədə iştirak etmək istəyən müəlliflər hekayələrini 10 aprel 2018-ci il tarixinə qədər ustaddargisi@gmail.com ünvanına göndərə bilərlər. Göndərmə şərtləri aşağıdakılardır:

 

- Müəllifin adı və soyadı (təxəllüsü)

- Müəllifin əlaqə nömrəsi

- Times New Roman şrifti ilə word faylında, ən azı 2000, ən çoxu 5000 boşluqsuz işarə sayında hekayə.

 

Müsabiqəyə təqdim olunan hekayələr Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək, ilk 3 yerin qalibi mükafatlandırılacaq. Seçilmiş hekayələr “Hədəf” nəşrlərinin orqanı olan “Ustad” dərgisinin Cümhuriyyət ilinə həsr olunmuş xüsusi buraxılışında dərc ediləcək.

 

LENT

18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018
12 İyun 2018