Polislərin istifadə etdikləri 15 Gizli Üsul

Bu gün Azərbaycan Polisi günüdür. 

 

Filmlərdə gördüyümüz polislər cinayətkarları qovur, onları istintaqda dindirir, insanları xilas edirlər. Bəs görəsən həyatda necədir?

 

Kulis.az adme.ruya istinadən filmlərdə bizə təqdim olunan polislər haqqında 15 faktı təqdim edir.

 

1. Polislər sizin haqqınızda hər şeyi bilirlər.

 

 

Biometrik pasport və ya barmaq izlərimiz ələ keçdiyi zaman biz polisin məlumatlar bazasına düşürük. Əlbəttə bu məlumatlar istintaq zamanı kömək edir. Əgər dostunuz polisdə işləyirsə əmin olun ki, o, sizin haqqınızda hər şeyi bilir. Hətta ABŞ-ın bəzi ştatlarında polis avtomobilləri elə təchiz olunub ki, onlara lazım olan məlumatı yerindəcə sputnik antenası vasitəsi ilə əldə edirlər.

 

2. Supermən kəmərləri

 

 

Polis kəmərləri Marvelin istənilən superqəhrəmanı ilə rəqabətə girə bilər. Bu kəmərlərdə nələr yoxdur: ratsiya, qandal, fanar, güclü elektroşokerlər, acı bibərli balon və ya bıçaq (ölkədən asılı olaraq), odlu silah, yığılıb-açılan dəyənək, qələm, karandaş, açar.

 

3. Gərgin iş saatları

 

 

Filmlərə baxıb elə bilirik ki, polislər ancaq cinayətkar qovur, onları dindirir, istintaq aparırlar. Əslində isə onların da xeyli sənəd-sünət işləri var. Bunları eləmək isə xeyli darıxdırıcıdır.

 

4. Polis qardaşlığı

 

 

İnanmayacaqsınız, ancaq bel şey var. Polis hətta izdihamın arasında da mülki paltarda olan polisi tanıya bilir. Bunun məqsədi ən çətin anlardan əhali arasında nizam-intizam yaratmaq üçün bir-birinə kömək etməkdir. Bundan başqa onların gizli emblemləri və gizli qaydaları var.

 

5. Bir-birinin səhvini ört-basdır etmək

 

 

Belə bir fikir var ki, polislər vəzifə səlahiyyətlərini aşdıqda və ya qanun pozuntularına yol verdikdə bir-birlərini  ört-basdır edirlər. Bu, hardasa həqiqətə uyğundur. Polisin reputasiyası hər zaman təhlükə altındadır. Buna görə də onun adına xələl gəlməmək üçün bəzən hansısa pozuntunu gizlətməyə məcburdurlar.

 

6. Niyə ponçik sevirlər?

 

 

Ponçik sadəcə bəhanədir. Əsas məsələ qəhvədədir. Polis növbələri adətən 12 saat və daha çox davam edir. Bəs sübh tezdən saat 3-də harda qəhvə içmək olar? Əlbəttə ponçik mağazasında. Bura 24 saat açıq olan yeganə məkandır.

 

7. Dindirilmə hiyləsi

 

 

Polislərin yalnız öz üsulları sayəsində cinayətdə təqsirkar bilinən şəxslərin yalanlarını üzə çıxarırlar. Bu zaman meydana polis hiyləsi çıxır. Cinayətkarlar daha sonra anlayırlar ki, artıq onların həbs olunması üçün əldə real faktlar var.

 

8. Fərqli situasiyada fərqli sirenalar

 

 

Polis sirenalarını eşidibsiniz? Bax həmin sirena səsləri dəyişə bilir. Ancaq polislər yalnız bir rejimlə işləyirlər. Hər kəs bu sirenanın necə səsləndiyini yaxşı bilir. Hərdən isə baş verən situasiya ilə bağlı sirenanın səs rejimi dəyişir.

 

9. Əvvəl öldürmək, sonra yoxlamaq

 

 

Amerika polisləri bir prinsiplə işləyir: “Əvvəl işləyirik, sonra anlayırıq”. Bəzən bu vəziyyəti çox qəlizləşdirir. Nəticədə günahsız insanlar öldürülür.

 

10. Əlini maşının yük yerinə qoymaq

 

 

Bu yolla polislər nəqliyyat vasitələrinin baqajında və farasında əl izləri axtarırlar. Həmçinin baqajda adam olub-olmadığını müəyyənləşdirməyə yarayan üsuldur.

 

11. Birinci növbədə özünümüdafiə

 

 

Ən təhlükəli iş şübhəsiz polis olmaqdır. Adi adamlardan fərqlənən də odur ki, təhlükə anında polis özünümüdafiə üçün kimisə vura bilər. Bu hadisənin nə qədər təhlükəli olmağına görə müəyyən edilir.

 

12. Xoş söhbət aldadıcıdır

 

 

Polislərlə xoş söhbət sizi və sizin qohumlarınızı çətinə sala bilər. Maşınınızı saxlayıb süni təbəssümlə sizin haqqında daha çox şey öyrənə bilərlər: “Hara gedirsiniz?”, “Orda nə iş görürdünüz?” və s və i. Suallar ilk baxışdan qıcıqlandırıcı təsir verə bilər. Bunlar ağıllı suallardır.

 

13. Günahlandırma qaçılmazdır

 

 

Hamıya “təqsirsizlik prezumpsiyası” aydındır? Bəzi ölkələrdə bu konsepsiya demək olar ki, yoxdur. Ola bilsin ki, başqa ölkələrdə siz təqsirli bilinəsiniz və günahkar durumuna düşəsiniz.

 

14. Sizin susmaq haqqınız var, ya da vəkil gələndə danışarsınız

 

 

Polisin sizin haqlarınızı oxumaq söhbəti bizim filmlərdə tez-tez rastımıza çıxan səhnədir. Bu sadəcə mifdir. Həqiqətdə sizin ifadəniz alınıbsa, sorğunuz bitibsə, artıq həbs edilmiş sayılırsınız.

 

15. Sinizm - qazanılmış vərdişlər

 

 

Bir çoxları düşünür ki, polislər xoşagəlməz insanlardı və onlar başqalarının ağrılarını duya bilmirlər. Yəqin ki, işləri onları belə göstərir. Ancaq bir qismi sinizmə meyillidir: hər cür cinayəti gözləri ilə görsələr də işlərinə davam edirlər.

 

 

LENT

20 İyul 2018
19 İyul 2018
18 İyul 2018
17 İyul 2018