Stalinin başını üzən jurnalist

Stalinin başını üzən jurnalist
12 mart 2018
# 15:30

Şopenhauer “Dünya: iradə və təsəvvür kimi” əsərində yazır ki, əgər insan hər hansı səbəb üzündən olursa-olsun hansısa xarici qüvvə ona mane olmadığı zaman haqsızlıq törətməyə meyllidirsə, onda biz onu zalım adlandırırıq.

Məsələn, Daniel Defonun “Robinzon Kruzo”su zalım deyil. Kimsəsiz adada tək qaldığı halda meşəni yandırmır, yeri zibilləmir və s.

Zalım şahlardan biri öz boyuna uyğun çarpayı hazırlayır. Şəhərində yaşayan hər kəsi bu çarpayıda boy sınağına çəkir. Boyu qısa olanları dartıb uzadır. Ölənlər də olur. Boyu uzunların isə ayaqlarını kəsirlər. Öz maraqlarına görə insanlara zülm edən şah zalım insan kimi tarixə düşür.

Tarix boyu yaşamış zalım diktatorlar isə milyonlarla insanın qanına bais olublar. Təkcə Stalin insanları edam elətdirməklə yanaşı həm də sonrakı nəsillərə psixoloji zədə bəxş edib. Stalin deyirdi ki, əqidəsinə görə məni dəstəkləyənlərə rəğbətim daha azdır, qorxduğuna görə yanıma gələnlərə isə hörmətim çoxdur. Çünki əqidə dəyişə bilər, qorxu hissi isə heç vaxt candan çıxmaz.

30-cu ilin “Pravda” qəzetində işləmiş jurnalist yazır ki, o vaxt bir çox jurnalist məclisdə Stalinlə şəkil çəkdirirlər. İllər keçdikcə bir neçəsi sürgün olunur, bir neçəsi edam olunur, bir neçəsinin də qorxudan ürəyi partlayır. Hər bir jurnalistə paylanan bu şəkildən məndə də var idi. Hər dəfə bir jurnalist öləndə şəkildən başını kəsirdim. Axırda bir Stalin qalmışdı, bir də mən. Stalin gözlərini əbədi yumandan sonra şəkli götürüb zalım rəhbərin başını kəsdim. Təkcə özüm qaldım.

Zalım rəhbər öz hakimiyyəti dövründə onun qarşısını kəsmək istəyənləri tarixdən silməklə yanaşı, özünü tarixdə yaxşı insan kimi göstərməyə cəhd edir. Özü haqqında tərif dolu kitablar yazdırır. Şeirlərin, poemaların müsbət qəhrəmanı olur. Lakin hakimiyyət bitəndən sonra tarix öz xətti ilə yenidən həqiqəti yazmağa başlayır. Yazıçılardan biri həqiqəti pəncərədən, pərdə aralığından otağa düşən nazik şüalara bənzədir. Hansı yolla olur-olsun həqiqət axır-əvvəl parlayacaqdır.

1976-cı ilə aid olan bir film var. Fikir Nizami Gəncəvinin əsərindən götürülmüşdür. Filmdə məzmun belədir:

Günlərin birində zalım şah gənc nökərinə hirslənib onu ac-yalavac itlərin qarşısına atır. İtlər nökərin üstünə hücum etsələr də onu tanıyıb çəkilirlər. Məlum olur ki, vaxtilə nökər həmin itlərə qulluq edib, onları yedizdiribmiş. Beləliklə, itlər oğlanın yaxşılığını yerə vurmur, ona toxunmurlar. Şah isə cavan nökərin ona sədaqətlə qulluq etməsinə baxmayaraq onu öldürtdürmək qərarına gəlir.

Şopenhauer yazır: hər hansı bir yalan, eləcə də hər hansı bir zorakılıq özlüyündə ədalətsizlikdir, zira o, artıq mənim iradəmin hakimiyyətini başqa fərdlərə də aid etməyə, yəni mənim iradəmi onların iradəsinin inkarı yolu ilə təsdiq etməyə can atır, zorakılıq da belədir.

# 814 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #