Xanımlar kitab üçün həmrəy oldular

Xanımlar kitab üçün həmrəy oldular
8 mart 2018
# 00:59

Qadınlar əsrlər boyu bütün ədiblərin yaradıcılığında ən çox vəsf edilən varlıq olub. Onlara nə şeirlər, nə dastanlar yazılıb. Amma qadın o qədər gözəl, o qədər nəcib, o qədər sirli, o qədər ağıllı bir varlıqdır ki, onun bütün ruhunu, düşüncələrini tam ifadə etməyə bir ömür belə yetməz. Üstəlik bütün bunlara təhsil, uğur da əlavə edildikdə qadın artıq kamillik zirvəsinə yüksəlir. Əbəs yerə demirlər ki, təhsilli qadın savadlı ailənin və cəmiyyətin əsasıdır.

Cəmiyyətdə uğurlu xanım obrazı daha çox təhsillə və kitablarla assosiasiya olunur. Bunu əsas götürən “TEAS Press” Nəşriyyat Evi ölkənin ən tanınmış xanımlarından 8 nəfərini bir araya gətirərək, onları “Hər bir uğurlu xanımın arxasında oxuduğu kitablar dayanır” adlı sosial layihədə birləşdirmək qərarına gəlib. Müxtəlif peşə sahibləri olan xanımlar nə qədər peşəkar olsalar da, kitab oxumağı həmişə ən vacib məsələ sayıblar.

Layihədə telejurnalist Nərgiz Cəlilova, müğənni Tünzalə Ağayeva, şairə Zəhra Bədəlbəyli, rəssam Afa Məryəm, aktrisa Mehriban Zəki, yoqa üzrə mütəxəssis İradə Əsədullayeva, ixtiraçı Reyhan Camalova və bu il ölkəmizi “Eurovision” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova kimi tanınmış şəxslər iştirak ediblər./Azərtac/

# 805 dəfə oxunub

Oxşar xəbərlər

"Miu Miu"nun yeni siması - Foto

"Miu Miu"nun yeni siması - Foto

18:00 16 aprel 2024
Cinadan "Bitlcus" filmi haqqında açıqlama

Cinadan "Bitlcus" filmi haqqında açıqlama

17:30 16 aprel 2024
Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

17:00 16 aprel 2024
"Rust"  faciəsinin məhkəməsi başa çatdı - Foto

"Rust" faciəsinin məhkəməsi başa çatdı - Foto

17:00 16 aprel 2024
93 yaşlı rejissor son filmini çəkəcək

93 yaşlı rejissor son filmini çəkəcək

16:30 16 aprel 2024
Colinin yeni döyməsinin mənası - Foto

Colinin yeni döyməsinin mənası - Foto

16:00 16 aprel 2024
#
#
# # #