Markes haqqında 10 maraqlı FAKT

Bu gün dünyaca məşhur Nobel mükafatı laureatı Qabriel Qarsia Markesin doğum günüdür. Kulis.az bu münasibətlə yazıçının həyatından 10 maraqlı faktı təqdim edir.

 

Latın Amerikasında Markes Peledən daha məşhur olub. Nobel mükafatı alan ilk kolumbiyalıdır.

 

 

Kolumbiyanın Maqdalena bölgəsində doğulan Markes qadınlar arasında böyüyüb.

 

 

Arvadı Mersedesə ilk evlənmə təklifini uşaq ikən edib.

 

 

İlk hekayəsi çap olanda qəzeti almağa 5 sentavası belə olmayıb.

 

 

“Yüz ilin tənhalığ”ı yazarkən 30 min siqaret çəkib və mağazadan tutmuş ev kirayəsinədək 120 min peso borc edib, mətni nəşriyyata göndərmək üçün arvadı Mersedesin fenini və mikserini girov qoyub.

 

 

Mario Varqas Lyosa ilə əlbəyaxa dava edib. Bəziləri bunun siyasət üstündə bəziləri isə qısqanclıqdan baş verdiyini söyləyir.

 

 

Markes ağciyər xərçənginə qalib gəlib.

 

 

1957-ci ildə 30 yaşlı Markes SSRİ-yə gələrək Moskvada gənclərin və tələbələrin festivalında iştirak edib, səfər təəssüratlarını “22 400 000 kvadrat km bir Koka-Kola reklamına da rastlamadan” essesində yazıb.

 

 

Bill Klintonun prezidentliyi dövründə Meksika prezidentinin xahişi ilə Bill Klintonla Fidel Kastro arasında danışıqlarda qeyri-rəsmi iştirak edib.

 

 

Milyonlarla oxucuya tarixin dövri şəkildə təkrarlandığını, hər növbəti nəslin əbədi suallara yenidən cavab tapmalı olduğunu izah edib. İki xatirə kitabı çap olunub: “Danışmaq üçün yaşamaq” və “Mənim hüznlü fahişələrim”.

 

 

LENT

25 İyun 2018
24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018