İlin ən pis filmi seçildi

İlin ən pis filmi seçildi
5 mart 2018
# 17:01

ABŞ-da “Qızıl moruq” antimükafatımnın laureatları elan olunub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Qızıl moruq” antimükafatının qaliblərini təşkilatçıar mükafatın saytında elan ediblər.

Meyvə fpormasında üst qızılı boya ilə rənglənmiş plastik “Qızıl moruq” öz sahiblərinə “Oskar” mükafatı ərəfəsində “təqdim olunur”.

2017-ci ilin ən pis filmi olaraq Toni Leonidsin “Emoci film” animasiya filmi seçilib. Antimükafatın təşkilatçılarının sözlərinə görə, bu film Holivvudda olan bütün çatışmazlıqları özündə cəmləyib.

Bu film həmçinin “ən pis ssenari” və “ən pis rejissor işi” nominasiyasında da qalib olub. Filmdəki emoci personajılar isə “ən pis aktyor oyunu” nominasiyasında qalib olublar.

“Remeyk, parodiya və sikvel” kateqoriyasında ən pis “Tündün əlli çaları” filmi seçilib.

“Ən pis aktyor” nominasiyasında Tom Kruz “Mumiya” filmindəki roluna görə qalib olub. Münsiflər onu “absurd dərəcədə əlaqəsiz” adlandırıb.

“Ən pis aktrisa” nominasiyasında komik Tayler Perri qalib olub. Bu yerə o “Xellouin Medeya-2” filminə görə layiq görülüb.

Ikinci planda ən öis kişi və qadın roluna görə “Salam, ata, Yeni il 2” filminə görə Mel Qibson, “Tündün əlli çaları” filminə görə Kim Beysinger mükafatlandırılıb.

# 784 dəfə oxunub

Oxşar xəbərlər

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

13:30 24 aprel 2024
Həmid Herisçinin yeni kitabı çap olundu

Həmid Herisçinin yeni kitabı çap olundu

12:30 24 aprel 2024
"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

"Oskar"da yeni qaydalar - Nələr dəyişəcək?

12:00 24 aprel 2024
Tramp məşhur qrupun ilham mənbəyi oldu

Tramp məşhur qrupun ilham mənbəyi oldu

11:30 24 aprel 2024
“Yadplanetli” filminin premyerası keçiriləcək

“Yadplanetli” filminin premyerası keçiriləcək

11:00 24 aprel 2024
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:40 24 aprel 2024
#
#
# # #