ƏSA Teatrından növbəti anşlaq

ƏSA Teatrından növbəti anşlaq
1 mart 2018
# 16:41

Fevralın 28-də ƏSA Teatrı Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrında Con Steynbekin “Adamlar və siçanlar 2” tamaşasını növbəti dəfə anşlaqla təqdim edib.

Teatrdan Kulis.aza verilən xəbərə görə, Access Bankla ƏSA Teatrının birgə layihəsi çərçivəsində təqdim olunan tamaşaya ölkə ictimaiyyətinin və mədəniyyətinin tanınmış simaları baxıb.

Məşhur amerikalı yazıçı, Nobel və Pulitzer Mükafatları laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” əsərinin motivləri əsasında quruluşcu rejissor Nihad Qulamzadənin hazırladığı “Adamlar və siçanlar 2” tamaşası növbəti dəfə tamaşaçıların rəğbətini qazanıb. Yüksək insani hisslərin və humanist dəyərlərin aşılandığı tamaşa insanlığa sevgi və mərhəmət aşılayır. Tamaşanın fərqli formada təqdimatı isə xüsusilə mədəniyyət və incəsənət xadimlərinin diqqətini cəlb edib.

Tamaşaçı qismində iştirak edən xalq artistləri Rafiq Əzimov və Fəxrəddin Manafov, əməkdar artist Mehriban Zəki, tanınmış teleaparıcılar İlhamiyyə Rza və Dilarə Səlim, yazıçı publisist Günel Anarqızı, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, rejissor Rövşən Almuradlı, bəstəkarlar Ülviyyə Vəliyeva və Sevinc Tofiqqızı, Mədəniyyət və Turizm nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlirinin, Təhsil nazirliyinin əməkdaşları, Türkiyə və Gürcüstandan olan qonaqlar tamaşadan sonra öz təəssüratlarını bölüşüblər.



Tamaşadan öncə ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə çıxış edərək tamaşaya qatılan hər bir kəsə dərin təşəkkürünü bildirdi: "Bizə inanan hər bir kəsə minnətdarıq! Ümidlərinizi doğrultmaq üçün əlimizdən gələni edəcəyik".

Access Bank İdarə Heyəti sədrinin birinci müavini Anar Həsənov təmsil etdiyi bankın adından və öz adından ƏSA Teatrına əməkdaşlıq üçün təşəkkür edərək, teatra gələcək yaradıcı işlərində uğur arzulayıb.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüsseri Nicat Qulam, rejissoru Elşən Əsgərovdur.

# 919 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #