Nə mən səni sevdim, nə də sən məni

 

Nilufər Lətif

 

Nə mən səni sevdim, nə də sən məni

Yalandan aldatdıq bir-birimizi

Danışdıq-gülüşdük dilə nə var ki

Aldada bilmədik ürəyimizi

 

Yandıq biz ocaqda yaş odun kimi

Tüstümüz qovruldu öz içimizdə

Alovsuz yananlar kömürtək qalar

Yandıq kömürümüz qaldı bizimdə

 

Ayrıldıq əfsus ki gec oldu fəqət

Biz gərək əvvəldən birləşməyəydik

Ömürlük yaşamaq zarafat deyil

Yoldaş olanda biz tələsməyəydik.

 

Kömürü yenidən yandırmaq olar

Birdə yansaq dönüb kül olacağıq

Ancaq o da var ki ikinci kərə

Yansaq da alovsuz biz yanacağıq

 

 

LENT

23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018