Namiq Məna AYB-də ilk iclasını keçirdi - FOTOLAR

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon regional bölməsinin ilk tədbiri keçirildi.

 

Bölmənin sədri Namiq Əliyev (Məna) başda olmaqla bölməyə aid olan Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarının ziyalıları, qələm adamları və gənclər tədbirdə iştirak ediblər. Tədbiri açıq elan edən Namiq Məna öz çıxışında ölkə başçısının yazarlara ayırdığı diqqəti qeyd edərək AYB-nin sədri Anara təşəkkürünü bildirib.

 

Tədbirin iştirakçıları AYB-nin regional bölməsi haqqında öz düşüncələrini paylaşıblar və eyni zamanda gənc yazarlara öz tövsiyələrini veriblər.

 

Sonda Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xoşqədəm Alıyeva çıxışında bu bölmənin yaranmasını yüksək qiymətləndirib və qurumun gələcək fəaliyyətində uğurlar arzulayıb. /Veten-Tv.az/

 

 

 

LENT

26 Aprel 2018
25 Aprel 2018
24 Aprel 2018