Ay danışa bilsəydi... – Çağdaş Amerika şeiri

Ay danışa bilsəydi... – <span style="color:red;">Çağdaş Amerika şeiri
9 fevral 2018
# 21:00

Kulis.az tərcüməçi Azər Əhmədovun təqdimatında çağdaş Mark Strandın şeirlərini təqdim edir.

Adam və dəvə

Qırx yaşım tamam olan axşam

artırmada oturub papiros çəkərkən

hardansa bir adam və bir dəvə peyda oldu.

Heç biri heç nə demədi, amma

küçəboyu yeriyib uzaqlaşandan sonra

mahnı oxumağa başladılar. Nə oxuduqları

bir sirr kimi də qaldı mənimçün – sözləri

ayırmaq olmurdu, melodiya da həddən

ziyadə şərqsayağıydı. Şəhərdən çıxıb

çöllüyə getdikcə səsləri birləşib

qumları süpürən küləyin səsindən yuxarı qalxdı.

Oxumalarının möcüzəsi, adamla dəvənin

bu ilğımlı qarışığı bütün qəribə cütlüklərin

ideal bir imicini yaradırdı. Mən bu uzun illəri

belə bir gecə üçünmü yaşamışam? İnanmaq

istəyirdim ki, bəli, elədir, amma yoxluğa qarışan

adam və dəvə birdən oxumağı dayandırdılar,

qayıdıb təzədən şəhərə soxuldular. Gəlib-gəlib

artırmanın qarşısında dayanıb muncuq gözləri ilə

mənə baxıb dedilər: “Korladın. Hər şeyi korladın.”

Ana və oğul

Oğul ananın otağına girir və ananın

uzandiğı çarpayının başında dayanır.

Oğul inanır ki, ana ona həmişə dediyi

sözü deyəcək. Ki, sən mənim oğlumsan,

hər zaman mənim olacaqsan. Oğul əyilib

ananın dodaqlarından öpür. Dodaqlar

soyuqdur. Hisslərin basdırılması başlayıb.

Oğul sonuncu dəfə ananın əlinə toxunur və

dönüb göydəki bütöv aya baxır. Ayın

külrəngi işığı döşəməyə düşür.

Əgər ay danışa bilsəydi nə deyərdi?

Əgər ay danışa bilsəydi heç nə deməzdi.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

Qarışqanın ruzisi haqqında - Ömər Xəyyam

12:19 23 aprel 2024
İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

İnsan ləyaqətini faciə ilə doyuzduran yazıçı - Nabokov Dostoyevski haqqında

17:00 22 aprel 2024
Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

Əkrəm Əylislinin, Anarın, Günelin xoşuna gəlmək üçün... - Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #