“Gəncliyin səsi - 2018” festivalı başladı

“Gəncliyin səsi - 2018” festivalı başladı
8 fevral 2018
# 09:47

Azərbaycan Dövlət Musiqili Teatrında “Gəncliyin səsi - 2018” festivalının bağlanış mərasimi keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ənənə halını alan festival Mədəniyyət və Turizm Nazirliyivə Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə reallaşıb.

Tədbir iştirakçıları əvvəlcə Bakı Turizm Peşə Məktəbinin, Azərbaycan Turizm və Menecment Universitetinin tələblərinin və “ASAN könüllüləri” Mədəniyyət Mərkəzinin gənc üzvlərinin əl işlərindən ibarət fotosərgi ilə tanış olublar. Festival çərçivəsində 5 saylı Bakı "ASAN Xidmət" mərkəzinin könüllülərinin təqdimatında Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” tamaşasının premyerası nümayiş olunub.

Gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyan “Gəncliyin səsi” festivalının sonunda bir qrup istedadlı gənclər mükafatlandırılıb.

# 843 dəfə oxunub

Oxşar xəbərlər

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

Gəncə Filarmoniyasında "Üzbəüz" layihəsi təqdim olundu

14:30 23 aprel 2024
“Qonaq Teatr”  layihəsi çərçivəsində növbəti tamaşa

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa

14:00 23 aprel 2024
Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı  keçiriləcək

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcək

13:30 23 aprel 2024
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

İntiqam Yaşarın yeni şeirlər kitabı çap olundu

13:00 23 aprel 2024
"Prodüserlərin yüksəlişi" təliminin  iştirakçiları layihələrini təqdim etdilər

"Prodüserlərin yüksəlişi" təliminin iştirakçiları layihələrini təqdim etdilər

12:30 23 aprel 2024
"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

"Azərbaycanda Rusiya kinosu günləri" keçiriləcək

12:00 23 aprel 2024
# # #