Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisi açılıb

Milli Kitabxanada Gənclər Günü münasibətilə kitab sərgisi açılıb
2 fevral 2018
# 15:37

Fevralın 2-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər günüdür” adlı kitab sərgisi açılıb.

Kulis.az Azərtaca istinadən xəbər verir ki, tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək bu günün əhəmiyyətindən danışıb.

Vurğulayıb ki, 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı, Ulu Öndərin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Bu gün hər bir sahədə gənclərə dövlət tərəfindən yüksək qayğı göstərilir, gənclərin cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaradılır.

K.Tahirov ölkə başçısı İlham Əliyevin Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirməsini qeyd edərək, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün gördüyü işlərə diqqət çəkib.

Tədbirdə çıxış edən bir qrup gənc müstəqil Azərbaycanda onlara göstərilən qayğıdan söz açaraq hər bir sahədə dövlətin dəstəyini hiss etdiklərini qeyd diblər.

Sonda qonaqlar “2 fevral - Gənclər günüdür” adlı geniş kitab sərgisi ilə tanış olub.

# 848 dəfə oxunub

Oxşar xəbərlər

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
“Nəşrlərin satın alınması müsabiqəsi”  elan edildi

“Nəşrlərin satın alınması müsabiqəsi” elan edildi

15:30 18 aprel 2024
# # #