Berlin kinofestivalında məhkumlar da iştirak edəcək

Berlin kinofestivalı ilk dəfə olaraq yerli həbsxanalardan birində nümayiş təşkil edəcək.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, tədbir fevralın 23-nə planlaşdırılıb.

 

Tamaşaçılar Lars Kraumenin “Sakit inqilab” filmini görəcəklər. Film real hadisələrə əsaslanıb və 1956-cı ildə Cənubi Almaniyadakı rejimə qarşı çıxan tələbələrdən bəhs edir.

 

Kraume özü də məhkumlarla filmi müzakirə etmək üçün nümayişə gələcək.

 

Qeyd edək ki, oxşar tədbirlər 2009-cu ildə Oldenburq festivalından bəri keçirilir. Tribeca kino institutu Amerika həbsxanalarında vaxtaşırı film nümayişləri təşkil edir. 

 

Xatırladaq ki, Berlin  Beynəlxalq Kino Festivalı fevralın 15-dən 25-dək keçiriləcək.

 

LENT

19 Fevral 2018
18 Fevral 2018
17 Fevral 2018
16 Fevral 2018
15 Fevral 2018