Metroda kitabla selfi elə, hədiyyə qazanYENİ AKSİYA

<b>Metroda kitabla selfi elə, hədiyyə qazan</b> – <span style="color:red;">YENİ AKSİYA
30 yanvar 2018
# 12:42

“Bakı Metropoliteni” QSC “Metroda oxu” adlı növbəti sosial-aksiya həyata keçirir.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Kulis.aza verdiyi məlumata görə aksiyanın məqsədi mütaliənin faydası və onun daha geniş təbliğinin təşkilinə dəstək olmaqdır:

"Bizə çox maraqlıdır, siz - bizim sərnişinlərimiz, hansı kitabları oxuyursunuz, ətrafdakıların buna reaksiyası necədir, elektron, yoxsa adi kitablara üstünlük verirsiniz və sair. Aksiyada iştirak etmək üçün metroda oxuduğunuz kitabla selfi və ya kitab oxuyan sərnişinlərin maraqlı fotosunu çəkib onu #metrodaoxu heşteqi ilə Facebook səhifənizdə paylaşmaq lazımdır. Fotoya qısa şərh də əlavə edə bilərsiniz, yəni, oxuduğunuz kitabın adı və onun haqqında fikirləriniz".

N.Paşayev bildirib ki, “Bakı Metropoliteni” QSC “Əli və Nino” mağazalar şəbəkəsi ilə birlikdə həftə ərzində paylaşılan bütün fotoları dəyərləndirib, qalibi seçərək rəsmi səhifəsində paylaşacaq və statusun müəllifinə 20 manat nominalında kupon hədiyyə edəcək. Bu kuponla “Əli və Nino” kitab mağazaları şəbəkəsindən kitab almaq olar.

Qeyd edək ki, “Metroda oxu” adlı sosial-aksiya mayın 1-ə kimi davam edəcək. Fotoçəkilişə yalnız metro vaqonlarında icazə verilir.

# 759 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
#
#
# # #