Oskara nominantı olan film plagiat çıxıb

Oskara nominantı olan film plagiat çıxıb
26 yanvar 2018
# 10:21

13 nominasiyada Oskara namizəd olan filmi plagiatda ittiham edirlər.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu Gilyermo del Torronun “Suyun forması” filmidir.

Pultizer mükafatı laureatı, dramaturq Pol Zindelin varisləri iddia edir ki, “Suyun forması” filminin ssenarisi Zindelin 1969-cu ildə yazdığı “İcazə ver pıçıltını eşidim” pyesindən köçürmədir.

Filmin süjeti məxfi laboratoriyada işləyən lal-kar xadimədən bəhs edir. O, laboratoriyada yaşayan amfibiyaya vurulur və onu xilas etməyə çalışır.

Zindelin pyesində də gizli laboratoriyada işləyən və orada yaşayan delfini xilas etmək istəyən xadimədən bəhs olunur.

“Biz heyrətlənirik ki, böyük bir studiya mənim mərhum atamın əsərindən çıxış edən ssenari əsasında film çəkir və heç kim əsəri tanımır, hüquqlarımızı qorumaq üçün bizə məlumat vermir” – deyə dramaturqun oğlu David açıqlama verib.

# 1919 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #