Teatr həftə sonu 14 dəfə tamaşa oynayacaq

Teatr həftə sonu 14 dəfə tamaşa oynayacaq
25 yanvar 2018
# 16:07

Gənc Tamaşaçılar teatrı həftəsonu tamaşaçılara sıx proqram tərtib edib.

Kulis.az-ın verdiyi xəbərə görə, teatr yanvarın 26-sı saat 14:00 və 16:00-da A.Şaiq və S.S.Axundovun “Qaraca qız”, yanvarın 27-də saat 12:00 və 14:00-da Y.Şvartsın “Qırmızı papaq”, yanvarın 28-i saat 12:00 və 14:00-da H.X.Andersenin “Çirkin ördək balası”, yanvarın 29-u saat 12:00 və 15:00-da ərəb xalq nağılı “Ələddinin sehirli çırağı”, yanvarın 30-da

saat 14:00-da M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah”, yanvarın 31-də saat 14:00-da isə V.Siqayevin “Ağ ölüm” tamaşasını təqdim edəcək.

Axşam tamaşalarına isə teatr yanvar ayının 25- də türk dünyasının ortaq qəhrəmanı “Koroğlu” dastanı əsasında hazırlanmış “Eşq-i Nigar”, yanvarın 27-si M.Füzuli “Leyli və Məcnun”, yanvarın 28-i Ə.Əmirli “Hasarın o üzü” nü nəzərdə tutur. Axşam tamaşaları saat 19:00-da nümayiş olunacaq.

Tamaşalarda rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Həmidə Ömərova, teatrın istedadlı aktyorları Əməkdar artistlər Leyli Vəliyeva, Nübar Novruzova, Qurban

İsmayılov, Vahid Əliyev, Nofəl Vəliyev, aktyorlar Manaf Dadaşov, Günel Məmmədova, Ramiq Nəsirov, İlham Əsədov, Zülfiyyə Alhüseynova, Səbinə

Məmmədova, Elşən Hacıbabayev, Anar Seyfullayev, Elnur Hüseynov, Müşfiq Əliyev, Aygün Fətullayeva, Xəyalə Meydanova və başqaları ifa edəcəklər.

Tamaşaçılar biletləri bütün mərkəzləşdirilmiş kassalardan və ASAN xidmət filiallarından əldə edə bilər.

# 761 dəfə oxunub

Oxşar xəbərlər

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

“Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı oldu

14:30 25 aprel 2024
Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

Söyüşlü filmlərdən zövq alan tamaşaçı - Xalq artistləri niyə narazıdır?

14:00 25 aprel 2024
Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

Prezident İlham Əliyev Pənahəli xanın sarayı və İmarət kompleksində

13:48 25 aprel 2024
"Dedpul" filminin yeni treyleri - Video

"Dedpul" filminin yeni treyleri - Video

13:30 25 aprel 2024
Yüksək sürət, həyəcan, adrenalin  - Ən yaxşı yarış filmləri - Siyahı

Yüksək sürət, həyəcan, adrenalin - Ən yaxşı yarış filmləri - Siyahı

13:00 25 aprel 2024
Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

Məşhur aktrisa: "10 nəfərlə öpüşdüm"

12:30 25 aprel 2024
# # #