Kinoyla bağlı müsabiqə elan olundu

Kinoyla bağlı müsabiqə elan olundu
23 yanvar 2018
# 16:46

Azərbaycan Respublikasının Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun 120 illik yubileyinə həsr olunmuş “Azərbaycan kinosu : dünən, bu gün, sabah” adlı məqalə və resenziyaların müsabiqəsini elan edir.

İttifaqdan bildirilib ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir gətirmək məqsədilə keçirilir. Müsabiqə, həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Müsabiqəyə Azərbaycan kinosuna həsr olunmuş məqalə və resenziyalar qəbul olunur. Yaşı 30-a qədər olan bütün şəxslər müsabiqəyə məqalə və resenziyalar təqdim edə bilər. Həmçinin müsabiqəyə təqdim olunan məqalə və resenziyaların hüquqları müəllifə məxsus olmalı, mətbuatda dərc olunmamalıdır. Məqalə və resenziyalar müsabiqəyə 10 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda şrift-12 “Courier New”də təqdim olunmalıdır. Çap olunmuş məqalə və resenziyalarda müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif məqalə və resenziya ilə birgə tərcümeyi-halını və şəxsiyyət vəsiqəsinin surətini də təqdim etməlidir. Hər bir müəllif 3 (üç) məqalə və resenziyadan artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan məqalə və resenziyalar geri qaytarılmır. Məqalə və resenziyalar mayın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına göndərilməlidir. Müsabiqədə birinci yer tutan qalibə 1000, ikinci yerin sahibinə 750, üçüncü yerin sahibinə isə 500 manat pul mükafatı veriləcək.

# 751 dəfə oxunub

Oxşar xəbərlər

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

Özünü ruhi xəstə kimi qələmə verən məhkum - Romanları vizuallaşdıran 8 ən yaxşı film

17:00 24 aprel 2024
Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

Hitlerin evində gizlətdiyi qadın - III Dünya müharibəsi başlayır?

09:00 24 aprel 2024
Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
#
#
# # #