Nəvəsi Stalini belə biabır edir - FOTOLAR

Nəvəsi Stalini belə biabır edir - <span style="color:red;">FOTOLAR
17 yanvar 2018
# 09:00

Stalinin amerikalı nəvəsi ailəni “biabır edir”. Bu indiki kommunist partiya üzvlərinin Stalinin nəvəsinə münasibətidir. Nəvənin Facebook şəbəkəsinə yüklənən şəkilləri Rusiyanın Kommunist Partiyasının üzvlərində qəzəb oyadıb.

Stalinin nəvəsi Kris Evans Amerikanın Oreqone ştatında yaşayır. Şəkildəki orta yaşlı qadın qurşağındakı kəmərə qandallar, plastik stəkanlar, yumşaq ayı oyuncağı bağlayıb. Əlində oyuncaq silahlar var, cırıq corabları görünən qısa şalvar geyinib. Bu şəkilləri o, 2015-ci ildə sosial şəbəkəyə yükləyib.

Kris Evansın babası faşistləri məğlub etdi, Sovet İttifaqını sənaye dövlətinə çevirdi, lakin həm də özündən sonra dəhşətli rəqəmlər qoyub getdi: repressiya və aclıq nəticəsində ölən on milyonlarla insan. Bu faciəvi hadisələrin əks-sədası Evansın yaşadığı Oreqonun Portleənd şəhərinə gedib çıxa bilərdimi?

Son illər Kris ev aksessuarları satılan mağaza idarə edir və müsahibə verməkdən uzaq durur. Lakin 2011-ci ildə anasının ölümündən sonra nəhayət jurnallardan birinə müsahibə verib babasını “canavar” adlandırır.

Qadının indi 43 yaşı var. İndiki adı Kris Evansdır. Doğuluşda isə ona Olqa Peters adı vermişdilər. Kris Evans Stalinin qızı Svetlana Alliluyeva ilə Uilyam Petersin qısa çəkən nikahından dünyaya gəlib.

Svetlana Alliluyeva 2011-ci ilin noyabrında ABŞ-dakı bir qocalar evində vəfat edəndə artıq on ildən çox idi ki, Lana Peters adı daşıyırdı...

O ilk dəfə adını soyuq müharibənin ən qızğın vaxtında SSRİ-dən qaçdıqdan sonra ABŞ-da siyasi sığınacaq istəyəndə dəyişmişdi.

Kiçik yaşlı qızı Olqa da adını sevmir və özünə Kristina adını seçir. Lakin adları bu qədər dəyişəndən sonra belə jurnalistlər gəlib onları tapır. Ana-bala yalnız İngiltərədə sakit həyat yaşaya bilərdilər. Lananı Rusiya ilə bağlayan yeganə bağ SSRİ-də və xaricdə fırtınalı bir həyat yaşamış anasının xatirəsi idi. Anasının 5 əri olmuşdu, daima onu KQB və MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) təqib edirdi.

Svetlana və yaxud da özünün yazdığı kimi Lana soyuq müharibənin simvolu idi. Svetlana qısa bir müddət Prinston Universitetində dərs deyir. Ədəbi qonorarlarının hesabına müxtəlif ölkələrdə yaşayır. Yalnız 1978-ci ildə ABŞ vətəndaşlığı alır.

1984-cü ildə Qərbdə yaşamaqdan yorulan qadın SSRİ-yə qayıtmağa cəhd edir. Lakin nə Svetlananı, nə onun qızını atasının (Stalinin) qurduğu ölkənin kandarından içəri buraxmırlar. ABŞ-da Evans mühasib ixtisasına yiyələnir. Dostları daima onu jurnalistlərin söz-söhbətindən qoruyur: “Onun SSRİ haqda deyəcək bir sözü yoxdur”.

Anası da yetkinlik yaşına çatmamış qızını daima babası haqda danışmaqdan çəkindirir. Özü isə qocalar evində ölür.

Qamburgerləri sevən bu qarı həmişə Rusiya haqda düşünəndə boşluq hiss edirdi. Anasını düşünəndə isə qüssələnirdi. Stalinin arvadı olan anası Svetlananın 6 yaşı olanda intihar etmişdi. Evans deyir ki, onun ailəsini Stalin məhv edib, ailə olmazın əziyyətlər çəkib, anasının birinci sevgilisi də düşərgəyə göndərilib.

Evansın açıqlamaları Rusiyanın Kommunist Partiyasının üzvləri arasında sərt hiddət yaradır. “Siyasi büronun gələn iclasında biz Stalinin nəvəsinə estravaqant çıxışlarını kəsmək və böyük insan olan babasını rüsvay etməmək tələbi ilə məktub göndərəcəyik” deyə partiyanın üzvlərindən biri deyib. Hətta onlar Kris Evansı “amerika imperializmi” ilə mübarizəyə qalxmağa və zəncilərin haqlarını müdafiə etməyə çağırıblar.

Evanssa hesab edir ki, onun ailəsi yetərincə əzab çəkib. Həm də yalnız Stalinin əlindən yox: “Adamlar Stalinin günahlarını mənim anama yazırdılar. İş o yerə çatdı ki, bəzi məqamlarda o, özünü günahkar hiss edirdi”.

Müsahibəsində Kris borş hazırlamağı sevdiyini deyir. Borşun qoxusu ona anasını xatırladır...

# 1035 dəfə oxunub

Oxşar xəbərlər

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

Mehdi Hüseynin kostyumu - Məşhur şairin Bakı xatirələri

14:00 25 mart 2024
Ənvər Məmmədxanlı:  "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

Ənvər Məmmədxanlı: "Mircəfər Bağırov məktubumu özündə saxladı, məni həbs etmədilər" - EKSKLÜZİV VİDEO

12:32 28 fevral 2024
250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi? - QARABAĞDAN REPORTAJ

12:00 13 fevral 2024
Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

Su altında qalmış sivilizasiya – Türklərin ilk məskəni

09:00 2 fevral 2024
Həmid Herisçinin vəziyyəti açıqlanıb

Həmid Herisçinin vəziyyəti açıqlanıb

11:00 29 yanvar 2024
“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

“Füzuli sənətkarlığı” kitabı təqdim olundu

09:36 29 yanvar 2024
# # #