“Yol” təqdim olunacaq

 

Yanvarın 13-də Cavid Ramazanlının kitabı "Yol" hekayələr toplusu oxuculara təqdim ediləcək. Kulis.azın məlumatına görə təqdimat mərasimi 16:00-19:00 arasında World Language Center-də baş tutacaq.

 

Uzun müddət publisist kimi tanınan Cavid Ramazanlı ilk kitabında özünü yazıçı kimi sınayıb. Axıcı dillə qələmə alınan hekayələr həm dərin psixoloji, həm də realist, yumoristik məqamlarıyla seçilir.

 

"Yol" həmçinin konseptual olmasıyla fərqlənir, belə ki, kitabda yer alan hekayələrdə bütün əhvalatlar səfərdə baş verir, beləliklə, qəhrəmanlar bir yol qət etmiş olurlar.

 

 

Ünvan: Bakı, Said Rustamov 17. M. F. Axundov bağının yaxınlığında.

 

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018