Maykl Duqlas şərə düşdüyünü deyir

Aktyor Maykl Duqlas xəbərdaredici bəyanatla mətbuatda çıxış edib.

 

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, “Oskar” mükafatlı aktyor öz ünvanına səslənən ittihamları özü mətbuata açıqlayıb.

 

Duqlasın sözlərinə görə, keçmiş həmkarı onun əleyhinə çıxış edərək aktyoru guya 32 il əvvəl ona münasibətdə ləyaqətsiz davranışda ittiham edib.

 

Duqlas bunu bəri başdan böhtan adlandırıb.

 

Aktyor həmçinin əhvalatı arvadı Ketrin Zeta Consa və uşaqlarına danışmalı olduğunu da deyib.

 

 

LENT

21 Aprel 2018
20 Aprel 2018
19 Aprel 2018
18 Aprel 2018