Azərbaycanlı şairə vəfat etdi

 

Şairə Tamaşa Xəyali vəfat edib. Azərbaycan Yazıçıları Birliyindən APA-ya verilən məlumata görə, o uzun sürən xəstəlikdən sonra yanvarın 11-də vəfat edib.

 

Tamaşa Xəyali bu gün Suraxanı qəsəbəsindəki Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılacaq.

 

T. Xəyali 1954-cü ildə anadan olub. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, “Bu dünyada nələr gördüm”, “Qara Yanvar şikəstəsi”, Ölməzliyə gedən yol” və s. kitabların müəllifidir.

 

Qeyd edək ki, T. Xəyali Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, şair Xəyal Rzanın anasıdır.

 

 

LENT

24 İyun 2018
23 İyun 2018
22 İyun 2018
21 İyun 2018
20 İyun 2018