Ceyhun Hacıbəylinin «Seçilmiş əsərləri» çap olunub

Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi  «Azərbaycan mühacirət ədəbiyyat kitabxanası» seriyasından növbəti kitab − Ceyhun Hacıbəylinin «Seçilmiş əsərləri» çapdan çıxıb.

 

Kulis.azın verdiyi xəbərə görə, kitab ölkə başçısının «Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında» 19 noyabr 2015-ci il tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq «Elm» nəşriyyatında işıq üzü görüb.

 

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr olunan və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.

 

Kitabın məsul redaktoru filologiya üzrə elmləri doktoru Nikpur Cabbarlı, tərtibçisi, ön söz və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

 

«Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası» zəngin mühacirət irsimizin təqdimi, təbliği baxımından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir. Bu istiqmətdə işlər davam etdirilir. 

 

 

LENT

19 İyun 2018
18 İyun 2018
17 İyun 2018
16 İyun 2018
15 İyun 2018
14 İyun 2018
13 İyun 2018