Məhkəmə aktyorun xeyrinə qərar çıxardı

Məhkəmə aktyorun xeyrinə qərar çıxardı
5 yanvar 2018
# 12:52

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb. Bu barədə APA-ya aktyor özü məlumat verib. O, qeyd edib ki, hakim Almaz Orucova qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

“Məhkəmə üç aya yaxın idi davam edirdi. Çox sevinirəm ki, hakim ədalətli qərar çıxardı, mənim işə bərpa olunmağım haqqında məhkəmə qərarını elan etdi. Sübut olundu ki, teatrın direktoru İftixar Piriyevin iddiaları qondarmadır. İftixar Piriyevin daha yüksək instansiyalı məhkəmələrə müraciət etmək hüququ var. İnanıram ki, digər məhkəmələr də ədalətin bərpa olunması haqqında qərar çıxaracaqlar”.

Qeyd edək ki, bir müddət əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Əjdər Zeynalovu teatrın daxili-qayda qanunlarını və nizam-intizamı pozduğunu əsas gətirərək onu işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.

# 795 dəfə oxunub

Oxşar xəbərlər

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

Qarışqanın ruzisi - Həmid Piriyevin yeni hekayəsi

09:00 23 aprel 2024
Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
# # #