Qəbələdə Beynəlxalq yumor festivalı keçiriləcək

Qəbələdə Beynəlxalq yumor festivalı keçiriləcək
30 dekabr 2017
# 19:10

Qəbələdə 12-ci Beynəlxalq “Veselo” Yumor festivalı keçiriləcək.

APA-nın xəbərinə görə, 4-11 yanvar tarixlərində baş tutacaq festivalda gündüz saatlarında idman və əyləncə proqramları, axşam saatlarında isə konsert və yumor proqramları gerçəkləşək.

2009-cu ildən həyata keçirilməyə başlayan bu festival ilk olaraq Yunanıstanda, növbəti illərdə isə İordaniya, BƏƏ, Türkiyə və Ukrayna kimi ölkələrdə baş tutub.

Festivalın bu illər boyu Valeriy Meladze, Ani Lorak, Nochniye Snayperi, Diana Arbenina və s. tanınmış müğənni ifaçıları olub. Festival ailəli, qrup və ya fərdi şəkildə aktiv istirahət etmək istəyən şəxsləri bir həftə müddətində gündəlik təşkil olunan müxtəlif əyləncə proqramları ilə təmin edir. Festival bu günə kimi 15000 iştirakçı üçün müxtəlif əyləncə proqramları təşkil edib.

Festivalın musiqili qonaqları Vaxtanq Kikabidze, Diana Arbenina və “ Nocnie Snayperi” qrupu, Nataliya Moqilevskaya və “Kvartal 95” Yumor qrupudur. Bundan əlavə festival müddətində idman yarışları, intellektual oyunlar, disko gecələr, kino günləri, yoqa və pilates dərsləri və digər fəaliyyətlər nəzərdə tutulub.

# 857 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
# # #